12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ MN İranın nüvə obyektlərinə zərbələrlə bağlı yeni açıqlama verəcək

ABŞ Müdafiə naziri Pit Heqset cümə axşamı günü xüsusi mətbuat konfransı keçirərək, İranın nüvə obyektlərinə endirilən son hücumlarla bağlı yeni qiymətləndirmə təqdim edəcək.

26 İyun 2025 14:21
ABŞ MN İranın nüvə obyektlərinə zərbələrlə bağlı yeni açıqlama verəcək

BAKI, AzerVoice

ABŞ Müdafiə naziri Pit Heqset cümə axşamı günü xüsusi mətbuat konfransı keçirərək, İranın nüvə obyektlərinə endirilən son hücumlarla bağlı yeni qiymətləndirmə təqdim edəcək.

AzerVoice xəbər verir ki, bu qərar, Vaşinqtonda zərbələrin effektivliyi ilə bağlı yaranmış fikir ayrılıqları fonunda verilib.

Qeyd edək ki, ABŞ-ın 22 iyun tarixində İranda yerləşən Fordo, İsfahan və Natanz nüvə obyektlərinə təşkil etdiyi hücumun nəticələri barədə ziddiyyətli məlumatlar yayılıb. CNN-in ilk olaraq yayımladığı məxfi qiymətləndirməyə əsasən, əsas texniki komponentlər məhv edilməyib və İranın nüvə proqramı yalnız bir neçə ay geri atılıb.

Ağ Evin sözçüsü Karolin Leavitt isə bu iddiaları təkzib edərək bildirib ki, "zərbələr nəticəsində obyektlər yüzlərlə metr dağıntı altında qalıb" və ABŞ-ın zərbədən öncə uranın daşınmasına dair heç bir məlumatı olmayıb.

Prezident Donald Tramp isə zərbələrin İranın nüvə infrastrukturunu "tamamilə məhv etdiyini" bəyan edib və Müdafiə naziri Heqseti "Amerikalı pilotların şərəfini müdafiə etmək" üçün mətbuat qarşısına çıxardığını bildirib.

Digər tərəfdən, İsrail Baş naziri Benyamin Netanyahu hücumların İranın nüvə layihəsini “uğurla dayandırdığını” bildirib və bu səylərin davam etdiriləcəyini vurğulayıb. İran Xarici İşlər Nazirliyi isə obyektlərin ciddi zədələndiyini təsdiqləyib.

ABŞ tərəfi, yaranmış hərbi eskalasiyaya baxmayaraq, gələn həftə İranla nüvə danışıqlarını bərpa etməyi planlaşdırır. Prezident Tramp, danışıqların keçirilməsinin mümkünlüyünü dilə gətirərək, "Bəlkə də razılaşma imzalayacağıq, bəlkə də yox", deyə qeyd edib.

Qeyd edək ki, 12 günlük qarşıdurma nəticəsində İran tərəfi 627 mülki şəxsin həlak olduğunu açıqlayıb. İsrail isə 28 itki verdiyini bildirib. Tehranda şənbə günü həlak olmuş yüksək rütbəli komandirlər və nüvə alimləri üçün rəsmi dəfn mərasimi keçiriləcək.

Məqalədə: #İsrail #İran #Benyamin Netanyahu #ABŞ #Donald Tramp #İranın nüvə proqramı #Pit Heqset #İranın nüvə obyektləri

Mövzu üzrə digər xəbərlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

11 Sentyabr 21:39
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

11 Sentyabr 21:31
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
İran

Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib

11 Sentyabr 20:45
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
Digər Dövlətlər

ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset

11 Sentyabr 20:41

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.