5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Banqkokda etiraz aksiyası keçirilib

Taylandın paytaxtı Banqkokda minlərlə insanın iştirakı ilə baş nazir Pxetxonqtxan Çinavatın istefası tələbi ilə etiraz aksiyası keçirilib.

28 İyun 2025 18:28
Banqkokda etiraz aksiyası keçirilib

BAKI, AzerVoice

Taylandın paytaxtı Banqkokda minlərlə insanın iştirakı ilə baş nazir Pxetxonqtxan Çinavatın istefası tələbi ilə etiraz aksiyası keçirilib.

AzerVoice bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Polisin açıqlamasına görə, aksiya səhər saatlarından başlayaraq şəhərin mərkəzində yerləşən Qələbə Abidəsi ətrafında toplanan ən azı 6 min nəfərin iştirakı ilə keçirilib. Təhlükəsizliyi təmin etmək üçün 1 300-ə yaxın polis əməkdaşı cəlb olunub, ətraf küçələrdə metal detektorlar qurulub. Etirazçılardan bir neçəsinin üzərində soyuq silah və kəsici alətlər aşkarlanaraq müsadirə olunub.

Aksiya iştirakçılarının bir hissəsi Taylandın müxtəlif bölgələrindən avtobuslarla paytaxta gətirilib. Etiraz aksiyası dinc xarakter daşıyıb. İnsanlar ağacların kölgəsində döşəkağılar sərərək səhnədə çıxış edən fəalları dinləyib. satıblar. Günorta saatlarında başlayan tropik leysan, havanı bir qədər sərinlətsə də, aksiya iştirakçılarını dağılmağa vadar etməyib.

Yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 15:00) etirazçılar Qələbə Abidəsi ətrafındakı döngənin bütün avtomobil yolunu bağlayıblar, nəticədə hərəkət dayandırılıb. Aksiyanın təşkilatçılarından biri olan "Taylandda İslahatlar üçün Tələbə və Xalq Şəbəkəsi"nin rəhbəri Pxiçit Çaymonqkxan baş naziri, keçmiş Kamboca hökumət başçısı və hazırkı Senat sədri Hun Sen ilə sərhəd münaqişəsi barədə özəl söhbətindəki fikirlərə görə məsuliyyət daşımağa çağırıb. O, həmçinin bəzi partiyaları hakim koalisiyadan çıxmağa çağırıb və hökuməti milli suverenliyi sarsıtmaqda ittiham edib. Çaymonqkxan qeyd edib ki, yaxın günlərdə fəallar koalisiyaya daxil olan partiyaların qərargahlarını ziyarət etməyi planlaşdırır.

Xatırladaq ki, Tayland Xarici İşlər Nazirliyi 19 iyun tarixində Banqkokda Kamboca səfirini nazirliyə çağıraraq baş nazir Çinavat ilə Kambocanın sabiq hökumət başçısı və hazırda Senat sədri olan Hun Sen arasında sərhəd münaqişəsi barədə aparılmış özəl telefon danışığının sızması ilə bağlı rəsmi etiraz notasını təqdim edib. Notada bu hadisə "diplomatik etikaya zidd və etimada ciddi sui-istifadə" kimi dəyərləndirilib. Söhbətin audioyazısı iyunun 18-də Hun Sen tərəfindən bir neçə Kamboca rəsmisinə göndərildikdən sonra sosial şəbəkələrdə yayılıb.

Tayland ictimaiyyətini xüsusilə Çinavatın Hun Senə etdiyi müraciət qəzəbləndirib. O, Tayland ordusunun Kamboca ilə sərhəddə yerləşən 2-ci hərbi bölgəsinin komandanı daxil olmaqla, hərbçilərin açıqlamalarına əhəmiyyət verməməsini Hun Sendən xahiş edib. Eyni zamanda, Çinavatın Hun Senə “əmi” deyə müraciət etməsi rəsmi ünsiyyət çərçivəsində qəbuledilməz hesab edilib və narazılıq yaradıb.

Bundan sonra, iyunun 18-də Taylandda hökumət koalisiyasına daxil olan “Pxumçaytay” partiyası rəsmi bəyanatla koalisiyadan çıxdığını elan edib. Onlar telefon danışığının Taylandın suverenliyi, milli maraqları və silahlı qüvvələrinə mənfi təsir göstərdiyini bildirib.

Qeyd edək ki, hazırda “Pxyua Tay” partiyasının rəhbərlik etdiyi hökumət koalisiyası 500 nəfərlik Nümayəndələr Palatasında 261 mandatla əksəriyyətə sahibdir. Müxalifət isə 234 yerə malikdir.

Məqalədə: #Tayland #Etiraz aksiyası #Banqkok

Mövzu üzrə digər xəbərlər

Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
Digər Dövlətlər

Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?

18:38
Şotlandiyada Fələstinə dəstək verən yeddi fəalın işi məhkəməyə çıxarılır
Fələstin

Şotlandiyada Fələstinə dəstək verən yeddi fəalın işi məhkəməyə çıxarılır

28 Avqust 18:05
Serbiyada minlərlə insan növbədənkənar seçkilər tələbi ilə etiraz aksiyası keçirib
Digər Dövlətlər

Serbiyada minlərlə insan növbədənkənar seçkilər tələbi ilə etiraz aksiyası keçirib

20 İyun 22:40
Hindistanda “Tarakanlar Partiyası”nın tərəfdarları ilk böyük etiraz aksiyasını keçirib
Digər Dövlətlər

Hindistanda “Tarakanlar Partiyası”nın tərəfdarları ilk böyük etiraz aksiyasını keçirib

6 İyun 22:09

Son Xəbərlər

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
19:56
İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb
İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb
19:54
ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb
ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb
19:49
Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
19:32
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
18:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.