15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Tramp İranın gizli nüvə obyektinə sahib oldğunu etiraf edib

Bununla yanaşı, Tramp vurğulayıb ki, ABŞ-ın hava hücumlarından əvvəl Tehranın zənginləşdirilmiş uranı bu obyektlərdən çıxara bildiyini düşünmür.

29 İyun 2025 18:56
Tramp İranın gizli nüvə obyektinə sahib oldğunu etiraf edib

BAKI, AzerVoice

ABŞ prezidenti Donald Tramp, İranın gizli nüvə obyektinə sahib olduğunu faktiki olaraq etiraf edib.

AzerVoice xəbər verir ki, bu barədə Tramp "Fox News" telekanalına verdiyi müsahibədə danışıb.

“Biz bilirdik ki, İranda bir çox nüvə obyekti var, ehtimal ki, üç əsas obyekt və üstəlik daha bir əlavə obyekt” - deyə, Tramp bildirib.

Bununla yanaşı, Tramp vurğulayıb ki, ABŞ-ın hava hücumlarından əvvəl Tehranın zənginləşdirilmiş uranı bu obyektlərdən çıxara bildiyini düşünmür.

“Xeyr. Birincisi, bunu etmək çox çətindir. Bu, olduqca təhlükəlidir. Üstəlik, heç kim bizim Fordodakı obyektə zərbə endirəcəyimizi düşünmürdü, çünki hamı deyirdi ki, ora keçilməzdir. Məncə, orada insanlar var idi, deyirlər ki, avtomobillər də olub. Bu insanlar giriş hissəsini betonlamağa çalışırdılar, yəqin ki, bomba məhz ora düşəcəkdi” – deyə, Tramp qeyd edib.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

ABŞ isə münaqişənin gərginləşməsindən doqquz gün sonra – 22 iyun gecəsi İrandakı üç nüvə obyektinə hücum etməklə münaqişəyə qoşulub. 23 iyun axşamı İran ABŞ-ın Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük Amerika bazası olan Əl-Udeyd bazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində itki və ya ciddi dağıntı qeydə alınmayıb.

İyunun 24-də ABŞ prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəsin qüvvəyə mindiyini bəyan edib. İsrail tərəfi də ABŞ-ın atəşkəs təklifini qəbul etdiyini və qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu bildirib.

Məqalədə: #İsrail #İran #ABŞ #Donald Tramp #İsrail-İran münaqişəsi #Nüvə obyektlərinə hücum riski #İranın nüvə obyektləri #Nətənz nüvə obyekti #Fordo nüvə obyekti

Mövzu üzrə digər xəbərlər

Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
Digər Dövlətlər

Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb

14 Sentyabr 22:34
İranla danışıqlara başlayıb-başlamayacağımıza qərar verəcəyəm - Tramp
Digər Dövlətlər

İranla danışıqlara başlayıb-başlamayacağımıza qərar verəcəyəm - Tramp

14 Sentyabr 21:54
ABŞ sanksiyaları İranı daxildən çökdürməyə hesablanıb - Məsud Pezeşkian
İran

ABŞ sanksiyaları İranı daxildən çökdürməyə hesablanıb - Məsud Pezeşkian

14 Sentyabr 21:50
Pakistan və Livan məhkumların köçürülməsi haqqında memorandum imzalayıb
Pakistan

Pakistan və Livan məhkumların köçürülməsi haqqında memorandum imzalayıb

14 Sentyabr 20:51

Son Xəbərlər

Bəhreynin turizm sektoru yeni tərəfdaşlıqlar axtarışındadır
Bəhreynin turizm sektoru yeni tərəfdaşlıqlar axtarışındadır
09:09
Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasından 108 il ötür
Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasından 108 il ötür
09:02
Bu gün Məhəmməd Əli üçüncü dəfə dünya çempionu oldu
Bu gün Məhəmməd Əli üçüncü dəfə dünya çempionu oldu
09:00
Husi terroru nəticəsində daha 13 səudiyyəli yaralanıb
Husi terroru nəticəsində daha 13 səudiyyəli yaralanıb
07:45
Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
00:10
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.