Zədələnmiş nüvə obyektlərinin yoxlanılması hazırda risklidir - Əraqçi
İranın Xarici İşlər naziri Abbas Əraqçi bildirib ki, ölkənin nüvə obyektlərinin yoxlanılması üçün yeni çərçivə və protokolların yaradılması zəruridir. Əraqçi Fransada verdiyi müsahibədə bildirib ki, MAQATE-nin son qərarında İranın bombalanmış nüvə obyektlərinə yaxınlaşma riskləri nəzərə alınmayıb. Onun sözlərinə görə, zədələnmiş obyektlərin yoxlanılması hazırda təhlükəlidir, çünki amerikalıların yeni hücum riski, partlamamış sursat və radioaktiv və kimyəvi çirklənmə təhlükəsi mövcuddur.
İranın nüvə fəaliyyətləri beynəlxalq nəzarət altına alınır - MAQATE
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İdarə Heyəti İranın nüvə obyektləri və zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı məlumat və giriş tələblərini əhatə edən qətnaməni qəbul edib. Qətnamə Böyük Britaniya, Fransa və Almaniya (E3) ilə ABŞ tərəfindən təqdim olunub və İranın son 5 aydır MAQATE tərəfindən yoxlanılmayan zənginləşdirilmiş uran ehtiyatlarının ciddi narahatlıq doğurduğu vurğulanıb.
Tehran iddia edir ki, hərbi təhdidlər diplomatik prosesi çətinləşdirir
İran XİN rəhbəri Abbas Əraqçi bəyan edib ki, İranın nüvə proqramı ilə bağlı böhranın yeganə həlli yolu danışıqlara əsaslanan diplomatik prosesdir.
Tehran diplomatik səbr və yeni müharibə arasında - sanksiyalar böhranı dərinləşir, yeni müharibə qaçınılmazdır
İranın xarici işlər naziri Abbas Əraqçi ümid edir ki, sanksiyaların tətbiqi dondurulsun. Bu onun bazar günü BMT-nin baş katibinə ünvanladığı məktubda aydın görünürdü. Məktubda o, “sanksiya mexanizmlərinin, o cümlədən sanksiyalar komitəsi və ekspertlər heyətinin yenidən işə salınmasının qarşısını almağa” çağırırdı. Lakin cavab tez gəldi: Avropa İttifaqının rəhbərliyi bazar ertəsi bəyanat yayaraq bildirdi ki, “İranın nüvə sazişinə əməl etməməyə davam etməsinə cavab olaraq bu gün (bazar ertəsi) ona qarşı sanksiyaları yenidən tətbiq etdi”. İttifaq həmçinin bir daha təsdiqlədi ki, “diplomatik danışıqlar üçün qapı hələ də açıqdır”.
Tramp İrana yeni hücumlara dəstək verə bilər
İddialara görə, İsrail, ABŞ-ın Natanz, Fordo və İsfahandakı üç əsas nüvə obyektində zənginləşdirilmiş uranı çıxarması və ya bu obyektlərin yenidən qurulmasına yönəlik hərəkətləri halında yeni hücumlara hazırlaşır.
İranın nüvə proqramı hələ də tam məhv edilməyib - Pentaqon
ABŞ Müdafiə Nazirliyi (Pentaqon), İranın nüvə proqramının ABŞ-ın hava zərbələri nəticəsində "tamamilə məhv edilməsi" ilə bağlı Prezident Donald Trampın iddialarını təsdiqləməyib.
Tramp İranın gizli nüvə obyektinə sahib oldğunu etiraf edib
Bununla yanaşı, Tramp vurğulayıb ki, ABŞ-ın hava hücumlarından əvvəl Tehranın zənginləşdirilmiş uranı bu obyektlərdən çıxara bildiyini düşünmür.
Biz müharibəni qazandıq - Xamenei
İranın ali dini lideri Ayətullah Əli Xamenei 13 günlük sükutdan sonra ilk dəfə danışaraq, ABŞ və İsraillə müharibədə İranın qalib gəldiyini bəyan edib.
Zənginləşdirilmiş uranın yeri məlum deyil - Qrossi
İranın zənginləşdirilmiş uran ehtiyatının harada olduğu məlum deyil.
Atəşkəsdən sonra Fordo ilə bağlı suallar artır
ABŞ-ın bunker deşici MOP bombaları ilə İranın Fordo nüvə obyektinə endirdiyi hücumdan sonra obyektin tam məhv edilib-edilmədiyi müzakirələrə səbəb olub.
ABŞ-da sızan hesabat atəşkəsin sabitliyini şübhə altına alıb
Pentaqonun sızan hesabatı ABŞ-da çaxnaşma yaradıb - İranın nüvə qabiliyyəti məhv edilə bilməz.