6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Atəşkəsdən sonra Fordo ilə bağlı suallar artır

ABŞ-ın bunker deşici MOP bombaları ilə İranın Fordo nüvə obyektinə endirdiyi hücumdan sonra obyektin tam məhv edilib-edilmədiyi müzakirələrə səbəb olub.

25 İyun 2025 09:35
Atəşkəsdən sonra Fordo ilə bağlı suallar artır

BAKI, AzerVoice

ABŞ-ın bunker deşici MOP bombaları ilə İranın Fordo nüvə obyektinə endirdiyi hücumdan sonra obyektin tam məhv edilib-edilmədiyi müzakirələrə səbəb olub.

AzerVoice xəbər verir ki, ABŞ prezidenti Donald Tramp hücumun Fordonu tamamilə məhv etdiyini iddia etsə də, Pentaqonun sızan kəşfiyyat hesabatı bunun əksini göstərir.

Bazar günü səhər B-2 bombardmançı təyyarələri ilə həyata keçirilən əməliyyatda 13,6 tonluq GBU-57 tipli MOP bombaları istifadə edilib. Hücumun əsas hədəfi yerin 90 metr dərinliyində yerləşən Fordo nüvə zənginləşdirmə mərkəzi olub. Tramp “obyektin tamamilə sıradan çıxarıldığını” bəyan etsə də, Müdafiə Kəşfiyyat Agentliyinin (DİA) CNN-ə sızan hesabatında obyektin “əsas komponentlərinin salamat qaldığı”, hücumun isə İranın nüvə proqramını yalnız bir neçə ay geriyə atdığı vurğulanıb.

Trampın müavini, senator JD Vance də Fox News-a açıqlamasında hücumun “sarsıdıcı ziyan” verdiyini iddia etsə də, İran Atom Enerjisi Təşkilatı hücumların nüvə işlərinə təsir etmədiyini, istehsal və xidmət prosesinin fasiləsiz davam etdiyini bildirib.

Mütəxəssislər peyk görüntülərinə əsaslanaraq bildiriblər ki, Fordo kimi dağ içində yerləşən və qranit-bazalt struktura sahib obyektin tamamilə sıradan çıxarılması üçün bir nöqtəyə eyni anda ən azı iki və ya üç bunker-deşici bombanın düşməsi lazım idi. Bununla belə, hücumun bu şərtləri tam yerinə yetirib-yetirmədiyinə dair dəqiq sübutlar yoxdur.

Ən çox mübahisə doğuran məqam isə hücumdan əvvəl İran tərəfindən Fordodan çıxarıldığı iddia edilən 400 kq zənginləşdirilmiş uranın aqibətidir. Hazırda bu uranın harada saxlandığı, başqa obyektə köçürülüb-köçürülmədiyi və ya təhlükəsizliyinin təmin olunub-olunmadığı ilə bağlı rəsmi və ya beynəlxalq təsdiq yoxdur.

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri iyunun 22-ə keçən gecə İran ərazisində yerləşən Fordo, Nətənz və İsfahan nüvə obyektlərinə hava zərbələri endirib. Hücum nəticəsində hər üç nüvə obyektinin məhv edildiyi qeyd olunub.

Məqalədə: #İran #ABŞ #Donald Tramp #MAQATE #atəşkəs razılaşması #ABŞ-İran münasibətləri #İran-İsrail gərginliyi #Nüvə obyektlərinə hücum riski #atəşkəs və sülh perspektivləri #ABŞ Pentaqonunda məlumat sızması #Tehranın nüvə obyektləri #İranın nüvə obyektləri

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.