5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Tehran iddia edir ki, hərbi təhdidlər diplomatik prosesi çətinləşdirir

İran XİN rəhbəri Abbas Əraqçi bəyan edib ki, İranın nüvə proqramı ilə bağlı böhranın yeganə həlli yolu danışıqlara əsaslanan diplomatik prosesdir.

5 Oktyabr 2025 20:17
Tehran iddia edir ki, hərbi təhdidlər diplomatik prosesi çətinləşdirir

BAKI,AzerVoice

İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, İranın nüvə proqramı ilə bağlı böhranın yeganə həlli yolu danışıqlara əsaslanan diplomatik prosesdir. O, xəbərdarlıq edib ki, hərbi təhdidlər heç bir nəticə verməyib və heç bir böhranı həll etməyib.

AzerVoice xəbər verir ki,Əraqçinin bu açıqlamaları Tehranda xarici ölkə səfirləri ilə görüşdən sonra səslənib. Nazir, BMT Təhlükəsizlik Şurasının “Snapback” mexanizmi vasitəsilə İrana qarşı sanksiyaların bərpası qərarının nəticələrini izah edərək bildirib ki, son hadisələr diplomatik oyunun qaydalarını dəyişib və danışıqların bərpasını daha da mürəkkəbləşdirib.

“Biz izahat verdik ki, hər kəs Qərb dövlətlərinin BMT Təhlükəsizlik Şurasında atdığı addımlar və bunun yarada biləcəyi hüquqi və siyasi risklər barədə məlumatlı olsun,” - deyə Əraqçi jurnalistlərə bildirib.

BMT, Avropa dövlətlərinin təşəbbüsü ilə İranın nüvə proqramına görə silah embarqosunu və digər sanksiyaları bərpa edib. London, Paris və Berlin 2015-ci il nüvə sazişinin şərtlərinin pozulduğunu əsas gətirərək, “Snapback” mexanizmini işə salıblar. Tehran isə nüvə silahı hazırlamaq niyyətində olmadığını bildirir.

“İran həmişə ədalətli və balanslı danışıqlarla problemin diplomatik həlli üçün çalışıb, lakin Qərb dövlətləri əsassız və qeyri-real tələbləri ilə bu prosesi pozublar. Təcrübə göstərdi ki, İranın nüvə məsələsinə yalnız danışıqlar yolu ilə diplomatik həll tapmaq mümkündür.”- deyə,Əraqçi vurğulayıb.

Nazir xatırladıb ki, ABŞ-İsrail müharibəsi zamanı ABŞ qüvvələri İranın uran zənginləşdirmə obyektlərinə hücum edib və bu, vəziyyəti daha da gərginləşdirib.

Onun sğzlərinə görə, son illərdə hərbi hücumla bağlı təhdidlər təkrarlanıb, lakin bu metod heç bir problemi həll etməyib.

Nazir hesab edir ki,Qərb dövlətlərinin ‘Snapback’ mexanizmini işə salmaqla göstərdiyi təzyiqlər də eyni dərəcədə səmərəsiz olub. Bu addımlar danışıqları sadəcə daha çətin və mürəkkəb hala gətirdi.

İranlı diplomat qeyd edib ki, Avropa üçlüyü (Böyük Britaniya, Fransa, Almaniya) “Snapback” mexanizmini bir təzyiq vasitəsi kimi istifadə etməklə nəticə əldə edə biləcəyini düşünürdü, amma bu vasitə əksinə, diplomatik səyləri çətinləşdirdi.

O əlavə edib ki, diplomatiya davam edəcək, lakin “danışıqların formatı və iştirakçıları dəyişib”. Əraqçinin sözlərinə görə, Avropa ölkələrinin rolu azalıb və onların danışıqlardakı əsaslandırmaları zəifləyib.

ABŞ-ın ŞƏRTLƏRİ Nələrdir?

The Washington Post qəzetinin məlumatına görə, Vaşinqtonun məqsədi Tehrana dörd əsas şərti qəbul etdirməkdir:

Məzmunlu və birbaşa danışıqlar aparmaq;

Uran zənginləşdirmə proqramını dayandırmaq;

Raket proqramını məhdudlaşdırmaq;

Regional silahlı qruplara maliyyə dəstəyini kəsmək.

Mənbə yazır ki, bu şərtlər əvvəlki danışıqlar raundunda da əsas maneələrdən biri olub və Tehran onları “qeyri-ciddi” hesab edir.

Məqalədə: #Nüvə tərksilahı üzrə konfrans #nüvə enerjisi #Abbas Əraqçi #İranın nüvə irəliləyişi #Nüvə obyektlərinə hücum riski #İran nüvə sazişi #İran nüvə razılaşmasının gələcəyi #İran nüvə sazişi 2025-də necə dəyişəcək? #Avropa Nüvə Araşdırmaları Təşkilatı (CERN) #Nüvə Siyasəti Şurası (CPN) #Nüvə reaktoru #İranın nüvə proqramı və beynəlxalq reaksiyalar #İran nüvə silahı #İran-ABŞ nüvə gərginliyi #İran nüvə təhlükəsi #İran nüvə razılaşması #Avropa İran nüvə danışıqları #Snapback #Snapback Mechanism #Məzmunlu və birbaşa danışıqlar aparmaq #Uran zənginləşdirmə proqramını dayandırmaq #Raket proqramını məhdudlaşdırmaq #Regional silahlı qruplara maliyyə dəstəyini kəsmək

Mövzu üzrə digər xəbərlər

İran və İordaniya arasında diplomatik gərginlik artır
İordaniya

İran və İordaniya arasında diplomatik gərginlik artır

4 Sentyabr 17:14
ABŞ iyun razılaşmasına qayıtsa, İran dərhal qarşılıq verəcək-Pezeşkian
İran

ABŞ iyun razılaşmasına qayıtsa, İran dərhal qarşılıq verəcək-Pezeşkian

2 Sentyabr 09:15
Abbas Əraqçi Bişkekdə bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşüb
İran

Abbas Əraqçi Bişkekdə bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşüb

1 Sentyabr 18:17
Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb
İran

Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb

29 Avqust 20:09

Son Xəbərlər

Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
18:53
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
18:45
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
18:38
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
18:25
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
18:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.