6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Tramp İrana yeni hücumlara dəstək verə bilər

İddialara görə, İsrail, ABŞ-ın Natanz, Fordo və İsfahandakı üç əsas nüvə obyektində zənginləşdirilmiş uranı çıxarması və ya bu obyektlərin yenidən qurulmasına yönəlik hərəkətləri halında yeni hücumlara hazırlaşır.

8 İyul 2025 10:10
Tramp İrana yeni hücumlara dəstək verə bilər

BAKI, AzerVoice

İsrail rəsmiləri Trampın İrana qarşı yeni hücumlara “yaşıl işıq” yandıra biləcəyini iddia edirlər.

AzerVoice xəbər verir ki, İsrail rəsmiləri ABŞ prezidenti Donald Trampın Vaşinqtonda baş nazir Benyamin Netanyahu ilə keçirdiyi görüşdə Tehrana qarşı yeni hücumlara dəstək verə biləcəyini irəli sürüblər.

“Axios” saytının məlumatına görə, adları açıqlanmayan iki yüksək rütbəli İsrail rəsmisi Tramp-Netanyahu görüşündə əsas gündəmin İran olduğunu bildirib. İsrailin Strateji İşlər naziri Ron Dermerin ABŞ səfərindən sonra verdiyi qeyri-rəsmi mesajlarda, Tramp administrasiyasının müəyyən şərtlər daxilində İsrailin İrana yönəlik yeni hücumlarını dəstəkləyəcəyi təəssüratı formalaşıb.

İddialara görə, İsrail, ABŞ-ın Natanz, Fordo və İsfahandakı üç əsas nüvə obyektində zənginləşdirilmiş uranı çıxarması və ya bu obyektlərin yenidən qurulmasına yönəlik hərəkətləri halında yeni hücumlara hazırlaşır.

İsrailin müdafiə naziri Yisrael Katz bu barədə verdiyi açıqlamada Trampın hücumlar barədə əvvəlcədən məlumatlandırıldığını və qismən təsdiq verdiyini deyib. Katz həmçinin İsrailin Tehrandakı raket potensialını yaxından izlədiyini bildirib.

Xatırladaq ki, İsrailin iyunun 13-də İranda həyata keçirdiyi hücumlar zamanı yüksək rütbəli hərbçilər və 9 nüvə alimi də daxil olmaqla 1100 nəfərin həlak olduğu, onlardan 126-sının qadın, 41-nin isə uşaq olduğu açıqlanıb. Cavab zərbəsi kimi İran İsrailə və ABŞ-ın Qətərdəki Əl-Udeyd aviabazasına hücum edib.

ABŞ prezidenti Tramp isə 24 iyun tarixində İran və İsrail arasında atəşkəs elan edib.

Məqalədə: #İsrail #İran #Benyamin Netanyahu #ABŞ #Donald Tramp #Tramp administrasiyası #ABŞ-İran münasibətləri #İran-İsrail gərginliyi #Nüvə obyektlərinə hücum riski

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.