9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Uran zənginləşdirmə texnologiyası bombardmanla məhv edilə bilməz – İran

İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, ölkəsinin nüvə proqramı ilə bağlı ABŞ-la danışıqların tezliklə bərpa olunması ehtimalı azdır.

1 İyul 2025 10:23
Uran zənginləşdirmə texnologiyası bombardmanla məhv edilə bilməz – İran

BAKI, AzerVoice

İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, ölkəsinin nüvə proqramı ilə bağlı ABŞ-la danışıqların tezliklə bərpa olunması ehtimalı azdır.

AzerVoice xəbər verir ki, Əraqçi bildirib ki, Tehranın əsas tələbi Vaşinqtonun hərbi hücumlardan imtina etməsinə dair təminatdır.

“Mən inanmıram ki, danışıqlar bu qədər tez başlasın. Əvvəlcə əmin olmalıyıq ki, ABŞ danışıqlar prosesi zamanı bizə yeni hərbi zərbələr endirməyəcək.”- deyə o bildirib.

O əlavə edib ki, “diplomatiya qapısı heç vaxt bağlanmayacaq”, lakin hazırda İranın hələ bir qədər vaxta ehtiyacı var.

Əraqçi həmçinin, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossinin "İran bir neçə ay ərzində uranı yenidən zənginləşdirməyə qayıda bilər" fikirlərinə münasibət bildirərək, “Zənginləşdirmə texnologiyasını və elmini bombardmanla yox etmək mümkün deyil. Əgər irəliləyiş üçün iradəmiz varsa – ki, var – o zaman zərərləri tezliklə bərpa edib itirilmiş vaxtı kompensasiya edə bilərik.”- deyə bildirib.

Əraqçinin müavini Məcid Təxt Rəvancı isə BBC-yə verdiyi müsahibədə deyib ki, İran yalnız o halda diplomatik danışıqlara qayıdacaq ki, ABŞ yeni hərbi hücumlardan imtina etsin. Onun sözlərinə görə:

“Vaşinqtonun iranla danışmaq istədiyini eşidirik. Amma nə tarix, nə də format üzərində razılaşma yoxdur. Əgər danışıqlar aparırıqsa, paralel şəkildə yenə hücuma məruz qalacağıqmı? ABŞ bu məsələdə hələ də mövqeyini açıqlamayıb.”

O əlavə edib ki, Tehran ABŞ-dan rejim dəyişikliyinə yönələn niyyətlərinin olmadığını eşidib, amma bununla bağlı aydın bir təminat verilməyib.

Qeyd edək ki, İsrail 13 iyun tarixində İranın hərbi və nüvə obyektlərinə qəfil hücum həyata keçirib. Hücum zamanı bir sıra yüksək rütbəli hərbçilər və nüvə alimləri qətlə yetirilib. İsrail bu əməliyyatla İranın nüvə silahı əldə etməsinin qarşısını almaq niyyətində olduğunu bildirib. Tehran isə nüvə silahı əldə etmək niyyətində olmadığını, yalnız sülh məqsədli enerji istehsalı ilə məşğul olduğunu vurğulayıb.

21-22 iyun gecəsi isə ABŞ İranın üç əsas nüvə obyektini vurub. 12 gün davam edən müharibədən sonra ABŞ prezidenti Tramp 24 iyunda İran və İsrail arasında atəşkəs elan edib. Tramp daha sonra bəyan edib ki, əgər İran hərbi məqsədlə uranı zənginləşdirməyə davam etsə, ABŞ yeni hücumlara başlayacaq.

Məqalədə: #İran #Tehran #Vaşinqton #İran XİN #Abbas Əraqçi #İran-ABŞ münasibətləri #ABŞ-İran münasibətləri #İran nüvə proqramı #ABŞ və İran arasında hərbi gərginlik #ABŞ-İran diplomatik münasibətləri #İran nüvə sazişi #İran-ABŞ gərginliyi #İran nüvə razılaşmasının gələcəyi #ABŞ-İran diplomatik münasibətləri 2025 #İran nüvə sazişi 2025-də necə dəyişəcək? #İran və ABŞ arasında gərginlik #İran ABŞ danışıqları #ABŞ-İran arasında nüvə danışıqları #İran ABŞ diplomatiyası #İran-ABŞ əlaqələri #ABŞ və İran liderləri #ABŞ-İran razılaşması #İran nüvə silahı #İran-ABŞ nüvə gərginliyi #İran nüvə təhlükəsi #Tramp İran nüvə razılaşması #İran ABŞ dolayı danışıqları #ABŞ-İran gərginliyi #İran nüvə alimləri hədəf alındı

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

8 Sentyabr 21:54
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan

Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb

8 Sentyabr 21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib
İran

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib

8 Sentyabr 21:07

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.