9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsraill Əl-Əqsa məscidinə yenidən basqın edib

Fələstin torpaqlarını işğal edən israillilər Əl-Əqsa məscidinə növbəti dəfə basqın ediblər.

1 İyul 2025 11:58
İsraill Əl-Əqsa məscidinə yenidən basqın edib

BAKI, AzerVoice

Fələstin torpaqlarını işğal edən israillilər Əl-Əqsa məscidinə növbəti dəfə basqın ediblər.

AzerVoice xəbər verir ki, İsrail polisinin güclü müşayiəti ilə silahlı israilli qruplar bu gün səhər saatlarında işğal altındakı Şərqi Qüdsdə yerləşən Əl-Əqsa məscidinə basqın ediblər.

Fələstinin rəsmi WAFA agentliyinin məlumatına görə, israillilər qrup halında məscidin şərq hissəsində dini ayinlər icra ediblər.

Əraziyə yerləşdirilən İsrail polisi Qiblə məscidi və Qübbətüs-Səxra ətrafında sərt təhlükəsizlik tədbirləri görüb. Fələstinlilərin məscidə girişinə məhdudiyyətlər tətbiq olunub, çox sayda şəxsiyyət vəsiqəsi müsadirə edilib, namaz qılmaq istəyən vətəndaşlara qarşı təzyiqlər göstərilib.

Bu tip basqınlar status-kvonu pozmaq cəhdləri kimi qiymətləndirilir. İsrailin bəzi siyasətçiləri və radikal yəhudi qruplar tərəfindən mütəmadi olaraq təşkil olunan bu aksiyalar beynəlxalq səviyyədə narahatlıq doğurur.

Qeyd edək ki, Əl-Əqsa məscidinin qorunması və idarəsi hüququ 1994-cü il İordaniya-İsrail sazişinə və 2013-cü ildə kral II Abdullah ilə prezident Mahmud Abbas arasında imzalanan müqaviləyə əsasən İordaniyaya aiddir. Müqəddəs məkana dair status-kvoya görə, orada yalnız müsəlmanların ibadət etməsinə icazə verilir, digər dinlərin nümayəndələri isə yalnız ziyarət edə bilər.

Buna baxmayaraq, fanatik yəhudilər İsrail polisi tərəfindən qorunaraq məscidə daxil olur və tez-tez ibadət ayinləri həyata keçirirlər. Bu isə beynəlxalq hüquq və tarixi razılaşmaların pozulması kimi qiymətləndirilir.

Məqalədə: #İsrail #Fələstin #İordaniya #Əl-Əqsa #Əl-Əqsa məscidi #İsrailin Məscidül-Əqsaya məhdudiyyətləri #Məscidül-Əqsaya basqın #Məscidül-Əqsaya məhdudiyyətlər

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
Digər Dövlətlər

ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək

18:29
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
İran

İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb

18:25
Britaniya iki dövlətli həll üçün tədbirləri gücləndirir
Digər Dövlətlər

Britaniya iki dövlətli həll üçün tədbirləri gücləndirir

18:11
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
Digər Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa

11:20

Son Xəbərlər

Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
18:35
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
18:29
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
18:25
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
18:20
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
18:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.