11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsrail təyyarələri müharibədən əvvəl Yunanıstana transfer edilib

İsraillə İran arasında 12 günlük müharibə dövründə Tel-Əvivin Yunanıstan və Cənubi Kipr Rum Administrasiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi "gizli plan"ın detalları üzə çıxıb.

1 İyul 2025 14:59
İsrail təyyarələri müharibədən əvvəl Yunanıstana transfer edilib

BAKI, AzerVoice

İsrailin “gizli planı” ifşa edildi- Təyyarələr Yunanıstan və Cənubi Kiprə köçürülüb.

AzerVoice xəbər verir ki, İsraillə İran arasında 12 günlük müharibə dövründə Tel-Əvivin Yunanıstan və Cənubi Kipr Rum Administrasiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi "gizli plan"ın detalları üzə çıxıb.

İddialara görə, İsrail, “Yüksələn Aslan” əməliyyatından əvvəl öz dövlət və kommersiya təyyarələrini ehtiyat tədbiri olaraq bu ölkələrə köçürüb.

Yunan və İsrail mətbuatında yer alan məlumatlara əsasən, iyunun 13-də – İsrailin İrana hücumlarından yalnız bir neçə saat əvvəl – bir neçə İsrail təyyarəsi və kabin heyətləri Afinaya və Cənubi Kiprə eniş edib. Rəsmi səbəb kimi evakuasiya ehtimalına hazırlıq göstərilsə də, bu plan həm də Tehranın mümkün hava hücumlarından müdafiə məqsədi daşıyıb.

Təyyarələrin transferinə İsrailin nəqliyyat naziri Miri Regev, Mülki Aviasiya rəhbəri Şmuel Zakai və yerli aviasiya qurumları nəzarət edib. İsrailin “Sion Qanadları” adlı baş nazir təyyarəsinin də Afinada görüntüləndiyi bildirilir.

İsrailin əsas hava limanı olan Ben Qurion Aeroportunun hücum hədəfi ola biləcəyi barədə xəbərdarlıqlardan sonra El Al, Arkia, İsrair və Air Haifa kimi aviaşirkətlərə donanmalarını daha təhlükəsiz nöqtələrə köçürmələri tövsiyə olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində Şin Bet də təyyarələrin yerləşdirildiyi ölkələrdə təhlükəsizlik tədbirlərini gücləndirib.

Qeyd edək ki, Arrow və THAAD kimi hava hücumundan müdafiə sistemlərinin bu ehtimallara qarşı qeyri-kafi qalması narahatlıq doğurub. Bu uğursuzluq bir sıra beynəlxalq aviaşirkətlərin İsrailə uçuşlarını qeyri-müəyyən vaxta qədər təxirə salmasına səbəb olub. British Airways-in oktyabrın 25-dək bütün İsrail reyslərini dayandırdığı açıqlanıb.

Məqalədə: #İsrail #İran #Yunanıstan #İsrail və İran gərginliyi #İsrail-İran münaqişəsi #İran və İsrail gərginliyi #Cənubi Kipr Rum Administrasiyası #Yüksələn Aslan əməliyyatı

Mövzu üzrə digər xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
Digər Xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır

17:46
İran heç vaxt olmadığı qədər zəifləyib - Benyamin Netanyahu
İran

İran heç vaxt olmadığı qədər zəifləyib - Benyamin Netanyahu

17:42
Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA
Digər Xəbərlər

Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA

17:33
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

10:06

Son Xəbərlər

Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
18:34
Misir Menkaura piramidasını müvəqqəti bağlayır
Misir Menkaura piramidasını müvəqqəti bağlayır
18:17
Hörmüz boğazı ilə bağlı regional toplantı Omanda keçiriləcək
Hörmüz boğazı ilə bağlı regional toplantı Omanda keçiriləcək
18:13
Qətər və Avstriya Hörmüz boğazında vəziyyəti müzakirə edib
Qətər və Avstriya Hörmüz boğazında vəziyyəti müzakirə edib
18:08
Qətər Körfəzdə ortaq turizm paketləri təklif edir
Qətər Körfəzdə ortaq turizm paketləri təklif edir
17:54
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.