10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ Senatı Trampın qanun layihəsini təsdiqlədi

ABŞ Konqresinin Senatı, prezident Donald Tramp administrasiyasının təşəbbüsü ilə hazırlanan, vergilərin azaldılmasını və dövlət borcunun yuxarı həddinin artırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

1 İyul 2025 21:28
ABŞ Senatı Trampın qanun layihəsini təsdiqlədi

BAKI, AzerVoice

ABŞ Konqresinin Senatı, prezident Donald Tramp administrasiyasının təşəbbüsü ilə hazırlanan, vergilərin azaldılmasını və dövlət borcunun yuxarı həddinin artırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

AzerVoice xəbər verir ki, səsvermə C-SPAN telekanalı vasitəsilə yayımlanıb.

Qanun layihəsi Senatda 50 lehinə, 50 əleyhinə səslə qarşılanıb. Bərabər səslər səbəbilə ABŞ vitse-prezidenti (Konstitusiyaya əsasən Senatın sədri) Cey Di Vens həlledici səs hüququndan istifadə edərək layihənin qəbul edilməsini təmin edib.

Donald Trampın “vahid, böyük və möhtəşəm qanun layihəsi” adlandırdığı sənəd bəzi sahələrdə vergilərin və dövlət xərclərinin əhəmiyyətli dərəcədə azaldılmasını nəzərdə tutur. Bununla yanaşı, müdafiə sahəsinə, xüsusilə “Golden Dome” (Qızıl Günbəz) adlı yeni raketdən müdafiə sistemi layihəsinə ayrılan xərclərin artırılması planlaşdırılır. Eyni zamanda, sərhəd nəzarətinin gücləndirilməsi və bu sahəyə ayrılan vəsaitin artırılması da sənədə daxil edilib.

Amerikalı iş adamı və keçmişdə hökumətin səmərəliliyinin artırılması üzrə qurumunun (DOGE) koordinatoru olmuş İlon Mask bu qanun layihəsini dəfələrlə sərt şəkildə tənqid edib. O, xüsusilə dövlət borcunun yuxarı həddinin 5 trilyon dollar artırılmasına qarşı çıxıb. Hal-hazırda ABŞ-ın ümumi dövlət borcu 36 trilyon dolları ötür. Mask bildirib ki, sənədi dəstəkləyən respublikaçı qanunvericilərə qarşı növbəti il keçiriləcək aralıq seçkilərdə onların rəqiblərinə dəstək verməyə hazırdır.

ABŞ Konqresinin Büdcə İdarəsinin iyun ayının əvvəlində verdiyi qiymətləndirməyə əsasən, qanun layihəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi qarşıdakı on il ərzində büdcə kəsirini 2,4 trilyon dollar artıracaq. Eyni zamanda, bu müddət ərzində büdcə gəlirlərinin 3,6 trilyon dollar azalacağı, xərclərin isə 1,2 trilyon dollar azaldılacağı proqnozlaşdırılır.

Mayın 22-də Konqresin Nümayəndələr Palatası bu qanun layihəsinin öz versiyasını təsdiqləmişdi. İndi Palata, Senat tərəfindən qəbul edilmiş yeni versiyanı nəzərdən keçirməlidir. Hazırda hər iki palatada çoxluğa sahib olan Respublikaçılar sənədin iulun 4-ə qədər tam təsdiqini təmin etməyi hədəflədiklərini bəyan ediblər.

Məqalədə: #ABŞ #Donald Tramp #İlon Mask #ABŞ Konqresi #Qanun layihəsi #ABŞ Senatı

Mövzu üzrə digər xəbərlər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

09:00
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
İran

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi

9 Sentyabr 22:13
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir

9 Sentyabr 21:09

Son Xəbərlər

"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
13:49
Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
13:38
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
13:37
Taifdəki dəvə bir qaçışa milyonçu oldu
Taifdəki dəvə bir qaçışa milyonçu oldu
11:23
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
11:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.