ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir
ABŞ-nin iri avtomobil istehsalçılarını təmsil edən Avtomobil İnnovasiyaları Alyansı Çin avtomobillərinin ölkə bazarına girişinin qadağan edilməsini istəyir. Təşkilat Konqresi müvafiq qanunu ilin sonunadək qəbul etməyə çağırıb. Alyans “General Motors”, “Ford”, “Toyota”, “Volkswagen”, “Hyundai”, “Honda” və digər iri istehsalçıları təmsil edir. Təşkilat Çin avtomobillərinin proqram və texniki avadanlıqlarını milli təhlükəsizlik məsələsi kimi qiymətləndirir. ABŞ Senatının Ticarət Komitəsi iyulda mövcud məhdudiyyətləri sərtləşdirən qanun layihəsini təsdiqləyib. Lakin layihə hələ yekun şəkildə qəbul edilməyib. Alyans “BYD”, “Chery” və “SAIC Motor” kimi şirkətlərə xüsusi icazələrin verilməsinin də qarşısının alınmasını istəyir. Çin isə avtomobil ixracına qarşı ABŞ-nin məhdudlaşdırıcı addımlarına etiraz edir.
Tramp Səudiyyə Ərəbistanı ilə nüvə sazişini Konqresə göndərdi
ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı ilə mülki nüvə enerjisi sahəsində əməkdaşlıq haqqında təklif olunan sazişi Konqresə təqdim edib. ABŞ administrasiyasının rəsmisinin Reuters-ə verdiyi məlumata görə, saziş bazar ertəsi Konqresə göndərilib. Sənəd ABŞ şirkətlərinə Səudiyyə Ərəbistanına mülki nüvə texnologiyalarının ixracına imkan verəcək.
Trampın namizədləri ardıcıl uduzur - Bu seçkilərə necə təsir edəcək?
ABŞ Prezidenti Donald Trampın dəstəklədiyi bəzi respublikaçı namizədlərin seçkilərdə gözlənilən nəticəni göstərə bilməməsi partiya daxilində 2026-cı il aralıq seçkiləri ilə bağlı narahatlığı artırıb. Tramp bu həftə Cənubi Karolinada respublikaçı namizəd Darlene Qrehemə dəstək vermək üçün seçki kampaniyasına qatılıb. Vitse-prezident Cey Di Vens isə Ohayoda başqa bir respublikaçı namizədə dəstək verib. Bu addımlar Trampın şəxsi nüfuzunun onun dəstəklədiyi bütün namizədlərə avtomatik üstünlük qazandırmadığı ilə bağlı narahatlığı üzə çıxarıb.
Əfqanıstan əsilli Aişə Vahab ABŞ Konqresinə seçildi
Aişə Vahab Kaliforniyanın 14-cü seçki dairəsi üzrə keçirilən əlavə seçkidə qalib gələrək ABŞ Nümayəndələr Palatasında mandat qazanan ilk əfqanıstan əsilli amerikalı olub. Vahab rəqibi, Körfəz bölgəsinin sürətli nəqliyyat qurumunun rəhbəri Melissa Ernandesə qalib gəlib. O, 2027-ci ilin yanvarında başa çatacaq seçki müddətinin qalan hissəsində Kaliforniyanın 14-cü dairəsini Nümayəndələr Palatasında təmsil edəcək.
Bu gün ABŞ prezidentinin heykəli yandırıldı
1842-ci il avqustun 17-də ABŞ Prezidenti Con Taylerin siyasətinə etiraz edən nümayişçilər Ağ Evdən qısa məsafədə onun müqəvvasını yandırıblar
Bu gün ABŞ prezidenti Riçard Niksonun impiçment prosesi başladı
Uotergeyt qalmaqalı 1972-ci il iyunun 17-də Vaşinqton şəhərində Demokrat Partiyasının qərargahına edilən qanunsuz müdaxilədən sonra üzə çıxıb
TÜRKPA-dan ABŞ Konqresində Azərbaycana qarşı qəbul edilən düzəlişlə bağlı bəyanat
Ramil Həsən Azərbaycanla bağlı qəbul edilən düzəlişə dair bəyanat yayıb
Milli Məclis ABŞ Konqresi Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsinə etiraz edib
Azərbaycan Respublikasının Milli Məclisi ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin qəbul etdiyi H.R. 9087 saylı qanun layihəsinə kəskin etiraz edib. Parlament sənəddə yer alan ittihamların əsassız olduğunu və beynəlxalq hüquqa zidd xarakter daşıdığını bildirib. Bəyanatda qanun layihəsinin erməni lobbi qruplarının təsiri ilə hazırlandığı iddia olunub. Milli Məclis belə təşəbbüslərin ABŞ-də seçkilər öncəsi siyasi məqsədlərə xidmət etdiyini vurğulayıb. Parlament sənədin Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesinə mənfi təsir göstərə biləcəyini qeyd edib. Həmçinin məhkum olunmuş şəxslərin "hərbi əsir" və "siyasi məhbus" kimi təqdim edilməsinin faktların təhrif edilməsi olduğu bildirilib. Milli Məclis ABŞ Konqresini Azərbaycanın suverenliyinə hörmət göstərməyə və regionda sülhə mane olacaq addımlardan çəkinməyə çağırıb.
Tarixdə bu gün - 20 İyul
20 İyul tarixi dünya tarixində bir sıra önəmli hadisələrlə yadda qalıb. Bu gün baş vermiş əsas hadisələrin xronoloji xülasəsini təqdim edirik
AIPAC İsrail əleyhinə səs verən demokratlara maliyyə dəstəyini məhdudlaşdırıb
AIPAC İsrailə hərbi yardımın dayandırılmasının lehinə səs verən bir qrup demokrat konqres üzvü üçün onlayn ianə imkanını bağlayıb. Qərar ondan çox qanunvericiyə, o cümlədən Demokratlar Partiyasının rəhbərliyində təmsil olunan Ketrin Klarka da şamil edilib. Bu addım İsrailə 3,3 milyard dollarlıq yardımın dayandırılması ilə bağlı səsvermədən sonra atılıb. AIPAC bu mövqeyi təşkilatın prinsiplərinə zidd hesab etdiyini bildirib. Həmin qanunvericilər təşkilatın dəstək siyahısında qalsalar da, ianə funksiyası deaktiv edilib. Hadisə Demokratlar Partiyasında İsrail siyasəti ilə bağlı fikir ayrılıqlarının daha da dərinləşdiyini göstərir.