6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Netanyahu-Tramp görüşü öncəsi İranla bağlı gizli danışıqlar iddia edilir

İsrail və Rusiya arasında İran və Suriya üzrə gizli təmaslar iddia edilir.

3 İyul 2025 11:22
Netanyahu-Tramp görüşü öncəsi İranla bağlı gizli danışıqlar iddia edilir

BAKI, AzerVoice

İsrail və Rusiya arasında İran və Suriya üzrə gizli təmaslar iddia edilir.

AzerVoice xəbər verir ki, İsrail mətbuatı, xüsusilə dövlət televiziyası KAN, Təl-Əvivin İran və Suriya məsələsində Rusiyanın vasitəçiliyi ilə gizli danışıqlar apardığını iddia edib.

Məlumata görə, Tehranla əldə olunan atəşkəsdən sonra İsrail və Rusiya rəsmiləri arasında yüksək səviyyəli təmaslar baş tutub.

Xəbərlərdə danışıqların konkret məzmunu açıqlanmasa da, görüşlərin diplomatik həll yolları üzərində cəmləşdiyi bildirilir.

İddiaya görə, Rusiya iki ölkə arasında vasitəçilik rolunu təklif edib və bu çərçivədə atəşkəs əldə edildikdən sonra Təl-Əviv Moskva ilə əlaqəyə keçib. Bu, bölgədəki güc balansı və gələcək diplomatik istiqamət baxımından əhəmiyyətli bir inkişaf kimi qiymətləndirilir.

Digər tərəfdən, İsrail Baş naziri Benyamin Netanyahunun gələn həftə ABŞ prezidenti Donald Trampla Vaşinqtonda keçirəcəyi görüşdə İran məsələsini əsas gündəm mövzusu edəcəyi də qeyd olunur. Mənbələrə görə, İsrail ABŞ ilə İranla bağlı Livanla əldə olunan razılaşmaya bənzər bir çərçivə üzərində işləmək istəyir.

İsrailin İrana qarşı iyunun 13-də başlatdığı hücumlar ABŞ prezidenti Trampın iyunun 24-də elan etdiyi atəşkəslə sona çatıb. Bu prosesin ardından İsrail daxilində “Normallaşdırma razılaşmaları”nın genişləndirilməsi, o cümlədən Suriya ilə danışıqların aparılması iddiaları gündəmə gəlib.

Qeyd edək ki, son dövrlərdə İran, Suriya və Livan məsələlərində İsrailin həm region daxilində, həm də beynəlxalq müttəfiqlərlə daha geniş koordinasiyaya getdiyi müşahidə olunur.

Məqalədə: #İsrail #Benyamin Netanyahu #Rusiya #ABŞ #Moskva #Donald Tramp #Suriya #Tehran #Təl-Əviv #ABŞ-İran münasibətləri #ABŞ-İsrail əməkdaşlığı #İran İsrail münasibətləri #Netanyahu və Donald Tramp görüşü

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.