5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Uitkoff Araqçi ilə İranın nüvə proqramı ilə bağlı danışıqlar aparacaq

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uittkof, növbəti həftə Norveçin Oslo şəhərində İranın Xarici İşlər naziri Seyid Abbas Araqçi ilə görüşərək Tehranının nüvə proqramı ilə bağlı danışıqları bərpa etməyi planlaşdırır.

3 İyul 2025 20:21
Uitkoff Araqçi ilə İranın nüvə proqramı ilə bağlı danışıqlar aparacaq

BAKI, AzerVoice

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uittkof, növbəti həftə Norveçin Oslo şəhərində İranın Xarici İşlər naziri Seyid Abbas Araqçi ilə görüşərək Tehranının nüvə proqramı ilə bağlı danışıqları bərpa etməyi planlaşdırır.

AzerVoice xəbər verir ki, bu barədə Axios portalı mənbələrə istinadən məlumat verib.

Məlumata görə, görüşün dəqiq tarixi hələ müəyyən edilməyib. Ağ Ev nümayəndəsi bildirib ki, hazırda "səfər haqqında heç bir açıqlama yoxdur".

Mənbələr həmçinin bildirib ki, Uittkof və Araqçi iyun ayında İsrail və İran arasında baş vermiş 12 günlük münaqişə dövründə və sonrasında "birbaşa əlaqəni davam etdirmişdilər".

Bundan əvvəl İsrailin N12 telekanalı xəbər vermişdi ki, Vaşinqton Tehranla nüvə proqramı üzrə danışıqları bərpa etmək üçün növbəti həftə Oslo şəhərində təmaslar qurur.

Xatırladaq ki, 25 iyun tarixində Tramp, ABŞ-İran nüvə proqramı üzrə danışıqlarının bu həftə başlayacağını bildirmişdi. İyunun 28-də isə "NBC News" telekanalı, Uittkofun yaxın günlərdə İran rəsmiləri ilə nüvə proqramı ilə bağlı mümkün razılaşmanın müzakirəsi üçün görüşəcəyini bildirmişdi. İyunun 30-da Ağ Ev Uittkofun hələ də İranla nüvə proqramı ilə bağlı müzakirələri davam etdirdiyini açıqlamış, lakin bu həftə görüşlərin olub-olmayacağı barədə dəqiq məlumat verməmişdi.

Məqalədə: #İran #ABŞ #İranın nüvə proqramı #Stiven Uitkoff #İran–ABŞ danışıqları

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.