14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Parisdə Sena çayında çimmək rəsmi olaraq sərbəst olub

Paris 2024 Yay Olimpiya Oyunları öncəsi həyata keçirilən təmizlik layihəsi nəticəsində Sena çayı indi ictimaiyyətə üzgüçülük üçün açıqdır.

5 İyul 2025 18:22
Parisdə Sena çayında çimmək rəsmi olaraq sərbəst olub

BAKI, AzerVoice
Fransada 102 illik qadağa ləğv olundu- Parisin mərkəzində Sena çayında üzmək artıq mümkündür

AzerVoice xəbər verir ki, Fransanın paytaxtı Parisdə 1923-cü ildən qüvvədə olan Sena çayında çimmə qadağası 102 il sonra aradan qaldırılıb.

Paris 2024 Yay Olimpiya Oyunları öncəsi həyata keçirilən təmizlik layihəsi nəticəsində Sena çayı indi ictimaiyyətə üzgüçülük üçün açıqdır.

BBC-nin məlumatına görə, bu tarixi qərardan xəbər tutan yüzlərlə parisli səhər saatlarından Eyfel qülləsi yaxınlığında toplaşaraq çayın sularına baş vurublar. Üzgüçülük üçün üç xüsusi sahə ayrılıb – Eyfel qülləsi ətrafı, Notr-Dam kilsəsi yaxınlığı və şəhərin şərq hissəsində yerləşən hissə.

Üzənlər üçün paltardəyişmə kabinələri və günəşlənmək üçün çimərlik sahələri yaradılıb. Təhlükəsizlik tədbirləri çərçivəsində hər nöqtədə xilasedicilər nəzarət aparır. Giriş 10-14 yaşdan yuxarı şəxslər üçün pulsuzdur və müəyyən saatlarla məhdudlaşdırılıb.

Qeyd edək ki, Sena çayında çimmək illərlə insan sağlamlığı üçün təhlükəli hesab edilirdi. Əsas problem nəcisdən yaranan bakteriyaların yüksək səviyyədə olması idi. Lakin Paris rəhbərliyi Olimpiya Oyunları öncəsi bu problemi aradan qaldırmaq üçün 1,4 milyard avro dəyərində layihə həyata keçirib.

Parisin meri Ann Hidalqo 2024-cü ilin yayında şəxsən çaya girərək Senanın təmizliyini sübut etməyə çalışmışdı. İndi bu qadağanın aradan qalxması həm parislilər, həm də turistlər üçün şəhər mərkəzində sərinlənmək və çayda üzmək imkanı yaradıb.

Məqalədə: #Fransa #Paris #Paris-2024 Yay Olimpiya Oyunları #Təhlükəsizlik tədbirləri #Sena çayı #Üzmə qadağası #Fransa xəbərləri

Mövzu üzrə digər xəbərlər

İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb
İran

İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb

13:27
İraq İranla üç sərhəd-keçid məntəqəsini yenidən açıb
İran

İraq İranla üç sərhəd-keçid məntəqəsini yenidən açıb

11:38
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
Səudiyyə Ərəbistanı

İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi

07:26
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

13 Sentyabr 19:40

Son Xəbərlər

İordaniya sərhədində üç narkotik qaçaqmalçılığı cəhdi dayandırılıb
İordaniya sərhədində üç narkotik qaçaqmalçılığı cəhdi dayandırılıb
16:49
Misir və BMT Sudan böhranını müzakirə edib
Misir və BMT Sudan böhranını müzakirə edib
16:29
Səudiyyə Ərəbistanında kərkəslər üçün xüsusi yemləmə məntəqələri yaradılacaq
Səudiyyə Ərəbistanında kərkəslər üçün xüsusi yemləmə məntəqələri yaradılacaq
16:03
İordaniyanın Əqəbə şəhərində ammonyak sızması olub, 11 nəfər xəsarət alıb
İordaniyanın Əqəbə şəhərində ammonyak sızması olub, 11 nəfər xəsarət alıb
15:54
Küveyt və Böyük Britaniya media əməkdaşlığını genişləndirir
Küveyt və Böyük Britaniya media əməkdaşlığını genişləndirir
15:36
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.