11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ-ın Texas ştatında baş verən daşqınlarda ölənlərin sayı 50-yə çatıb (ƏLAVƏ OLUNUB)

ABŞ-ın Texas ştatında baş verən daşqınlarda ölənlərin sayı 50 nəfərə çatıb.

6 İyul 2025 07:41
ABŞ-ın Texas ştatında baş verən daşqınlarda ölənlərin sayı 50-yə çatıb (ƏLAVƏ OLUNUB)

BAKI, AzerVoice

ABŞ-ın Texas ştatında aramsız leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb.

AzerVoice xəbər verir ki, bundan əvvəl, fəlakətin episentri olan Kerr dairəsinin şerifi Larri Leyta mətbuat konfransında 43 nəfərin öldüyünü bildirmişdi.

Xilasedicilər çay sahillərini axtarışa çıxıblar — bölgədə aşırılmış ağaclar, çevrilmiş avtomobillər və lil içində qalmış qalıqlar arasında itkin düşənləri tapmaq üçün səylər davam edir. Onların dəqiq sayı hələ məlum deyil. İtkin düşənlər arasında Kerr dairəsindəki yay düşərgəsində yerləşdirilmiş 27 uşaq da var. Düşərgə su altında qaldıqdan sonra onlardan xəbər alınmayıb.

Axtarış əməliyyatlarında helikopterlər, qayıqlar və pilotsuz uçuş aparatları istifadə olunur. Məqsəd ağaclara çıxmış və ya yolun su ilə yuyulması səbəbindən təcrid olunmuş düşərgələrdə qalmış insanları tapmaqdır.

Texas ştatının qubernatoru Qreq Abbott bildirib ki, hakimiyyət gecə-gündüz çalışacaq:

“Su çəkildikcə yeni ərazilər axtarılır. Biz hər kəsi tapacağıq” – deyə, Abbott söz verib.

x x x

ABŞ-ın Texas ştatında baş verən daşqınlarda ölənlərin sayı 32 nəfərə çatıb.

AzerVoice xəbər verir ki, bu barədə Kerr dairəsinin şerifi Larri Leyta məlumat verib.

“Hazırda 32 nəfərin öldüyü məlumdur. Onlardan 18-i böyük, 14-ü isə uşaqdır” – deyə, o bildirib. Şerif axtarış-xilasetmə işləri davam etdikcə qurbanların sayının arta biləcəyi barədə xəbərdarlıq edib.

Texas ştatının qubernatoru Qreq Abbott bildirib ki, son 36 saat ərzində 850-dən çox insan təhlükəli zonalardan təxliyə olunub. O, daha əvvəl ABŞ Prezidenti Donald Trampa müraciət edərək ştatda fövqəladə vəziyyət rejiminin elan edilməsini istəyib.

Mətbuat konfransında iştirak edən ABŞ daxili təhlükəsizlik naziri Kristi Noem isə bəyan edib ki, Tramp Abbottun müraciətini təmin etməyə hazırlaşır.

Qeyd edək ki, Texasda uzun sürən leysan yağışları daşqına səbəb olub. Quadalupe çayının səviyyəsi cəmi iki saat ərzində altı metrdən çox yüksəlib.

Məqalədə: #ABŞ #Texas #daşqınlar #leysan yağışları

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

09:53
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH

10 Sentyabr 21:28
Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
İran

Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib

10 Sentyabr 20:10

Son Xəbərlər

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
16:21
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
15:44
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
13:58
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
13:50
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
13:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.