ABŞ Meksika sərhədində lazer silahından istifadə edib
ABŞ hərbçiləri ölkənin Meksika ilə sərhədi yaxınlığında narkotik kartellərinə aid olduğu bildirilən üç pilotsuz uçuş aparatını yüksək enerjili lazer silahı vasitəsilə zərərsizləşdirib. Hərbçilər həmin uçuş aparatlarının ABŞ hərbi qulluqçuları və Gömrük-Sərhəd Mühafizəsi əməkdaşları üçün “fiziki təhlükə” yaratdığını bildiriblər.
SpaceX və Tesla Texasda 16,8 milyard dollarlıq süni intellekt çip zavodu quracaq
SpaceX və Tesla Texasda Terafab adlı süni intellekt çiplərinin istehsalı kompleksini qurmaq üçün ilkin olaraq 16,8 milyard dollar investisiya yatıracaq. Layihənin məqsədi hər iki şirkətin gələcəkdə artacaq hesablama gücü tələbatını qarşılamaq və qlobal çip çatışmazlığını azaltmaqdır. İlon Maskın sözlərinə görə, Terafab çip istehsalının bütün mərhələlərini əhatə edəcək. Layihənin ilkin bazası kimi Tesla artıq Giga Texas zavodunda tədqiqat istehsal müəssisəsinin tikintisinə başlayıb.
Google Anthropic-in 15 milyard dollarlıq məlumat mərkəzi layihəsini dəstəkləyir
Anthropic üçün Texasda nəhəng məlumat mərkəzinin tikintisi məqsədilə 15 milyard dollarlıq maliyyələşdirmə müzakirə olunur. Layihəyə Google maliyyə zəmanəti və texniki dəstək verməyə hazırdır. Maliyyələşdirmə üzrə danışıqlara Morgan Stanley-nin rəhbərlik etdiyi banklar qrupu qoşulub. Kompleks 1,6 giqavat gücündə elektrik stansiyası ilə təmin olunacaq. Google-un layihədə təxminən 20 faiz pay əldə edəcəyi gözlənilir. Anthropic burada Google və Broadcom-un hazırladığı TPU çiplərindən istifadə etməyi planlaşdırır. Şirkətlər məsələ ilə bağlı hələlik rəsmi şərh verməyiblər.
ABŞ-da azyaşlıların tətbiq yükləməsi ilə bağlı yeni mərhələ
ABŞ Ali Məhkəməsi Texas ştatında tətbiq mağazalarında yaşın təsdiqini tələb edən qanunun icrasını dayandırmaqdan imtina edib. Qanuna görə, azyaşlılar tətbiq yükləmək və alış-veriş etmək üçün valideyn razılığı almalıdırlar. Texnologiya şirkətlərini təmsil edən assosiasiya bu qaydanın söz azadlığını məhdudlaşdırdığını iddia edərək məhkəməyə müraciət edib. Buna baxmayaraq, Ali Məhkəmə qanunun qüvvədə qalmasına qərar verib. Məhkəmə araşdırmaları isə davam edəcək. Bu, Texasın uşaqların internet təhlükəsizliyini gücləndirməyə yönəlmiş növbəti qanunlarından biridir. Ali Məhkəmə ötən il də oxşar yaş təsdiqi qanununu qüvvədə saxlamışdı. Məsələ ABŞ-də rəqəmsal hüquqlar və uşaqların müdafiəsi ilə bağlı müzakirələri davam etdirir.
Tramp ənənəni pozur - Respublikaçılar Partiyası aralıq seçkilər öncəsi fövqəladə qurultay keçirəcək
ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının sentyabrın 9–10-da Texas ştatının Dallas şəhərində fövqəladə milli qurultay keçirəcəyini elan edib. Bu qərar ABŞ siyasi ənənəsindən kənar addım kimi qiymətləndirilir. Ölkədə partiyaların ümummilli qurultayları adətən yalnız hər dörd ildən bir keçirilən prezident seçkiləri ərəfəsində təşkil olunur. Trampın təşəbbüsü isə noyabr ayında keçiriləcək Konqresə aralıq seçkilərdən cəmi iki ay əvvəl reallaşdırılacaq.
Hyustonda Xocalı soyqırımına həsr olunan beynəlxalq konfrans keçirilib
ABŞ-nin Texas ştatının Hyuston şəhərində fəaliyyət göstərən Müqəddəs Tomas Universitetində (University of St. Thomas) Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan “III Qlobal Dialoq Konfransı: Tarixi Yaddaş Sülhün Təməli kimi” (III Global Dialogue Conference: Historical Memory as a Foundation of Peace) adlı beynəlxalq konfrans keçirilib.
Texas sahillərində Meksika hərbi təyyarəsi qəzaya uğrayıb
Meksika Donanmasına məxsus kiçik təyyarənin ABŞ-ın Texas ştatı sahillərində qəzaya uğraması nəticəsində beş nəfər həlak olub. Açıqlamada bildirilib ki, təyyarədə dörd donanma zabiti və dörd mülki şəxs olmaqla ümumilikdə səkkiz nəfər olub. Qəza nəticəsində beş nəfər həyatını itirib, iki nəfər xilas edilib, bir nəfər isə itkin düşmüş hesab olunur.
ABŞ-da müsəlman qızı boğmağa çalışan qadın həbs edildi
ABŞ-ın Texas ştatında məhkəmə 43 yaşlı Elizabet Volf adlı qadını üç yaşlı müsəlman uşağı boğmağa cəhd etdiyi üçün 5 il müddətinə azadlıqdan məhrum edib. Hadisə 2024-cü ilin may ayında Euless şəhərində yerləşən yaşayış kompleksinin hovuzunda baş verib. Polis məlumatına görə, cinayətin əsas motivi irqçilik zəmnində olub. Məhkəmə sənədlərinə və CBS News ilə Fort Worth Star-Telegram qəzetinin yayımladığı məlumatlara əsasən, hakim Endi Porter Volfu "qəsdən adam öldürməyə cəhd" ittihamı ilə təqsirli bilib və hökm çıxarıb.
SpaceX Starship 10-cu uçuşunu uğurla icra edib
Dünyanın ən güclü kosmik raketi kimi tanınan Starship, Texas ştatındakı Starbase-dən yerli vaxtla 18:30-da buraxılıb. Səkkiz süni Starlink peykini daşıyan raketin birinci mərhələ gücləndiricisi Super Heavy, buraxılışdan sonra Meksika körfəzinə planlaşdırıldığı kimi enib. Starship, səkkiz süni peyki orbitə yerləşdirmək və Raptor mühərrikini kosmosda yenidən işə salmaq missiyalarını uğurla icra edib. Raket buraxılışdan təxminən bir saat sonra Hind okeanına enib.
Texasda daşqınlar nəticəsində itkin düşən 100-dən çox insan tapılıb
Texasda daşqınlar nəticəsində itkin düşən 157 nəfərin yeri tapılıb.
Nyu-Cersidə güclü yağışlar fövqəladə vəziyyətə səbəb olub
Nyu-Cersidə fövqəladə vəziyyət elan edilib
ABŞ-ın Texas ştatındakı daşqınlarda ölənlərin sayı 129-a çatıb
ABŞ-ın Texas ştatında baş verən güclü daşqın nəticəsində həlak olanların sayı 129 nəfərə yüksəlib.