6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Hyustonda Xocalı soyqırımına həsr olunan beynəlxalq konfrans keçirilib

ABŞ-nin Texas ştatının Hyuston şəhərində fəaliyyət göstərən Müqəddəs Tomas Universitetində (University of St. Thomas) Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan “III Qlobal Dialoq Konfransı: Tarixi Yaddaş Sülhün Təməli kimi” (III Global Dialogue Conference: Historical Memory as a Foundation of Peace) adlı beynəlxalq konfrans keçirilib.

24 Fevral 2026 14:28
Hyustonda Xocalı soyqırımına həsr olunan beynəlxalq konfrans keçirilib
Bizi buradan izləyin və Bizə yazın

BAKI,VOA

ABŞ-nin Texas ştatının Hyuston şəhərində fəaliyyət göstərən Müqəddəs Tomas Universitetində (University of St. Thomas) Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan “III Qlobal Dialoq Konfransı: Tarixi Yaddaş Sülhün Təməli kimi” (III Global Dialogue Conference: Historical Memory as a Foundation of Peace) adlı beynəlxalq konfrans keçirilib.

VOA xəbər verir ki, onfrans Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.

Konfrans Azərbaycan Respublikasının və Amerika Birləşmiş Ştatlarının dövlət himnləri səsləndirilməsi, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyinin nümayəndəsi, Müqəddəs Tomas Universitetinin professorları, alimlər və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının rəhbəri İradə Axundova Xocalı soyqırımının Azərbaycan tarixinin ən qanlı və faciəli səhifələrindən biri olduğunu vurğulayıb, bu dəhşətli hadisənin mahiyyəti və tarixi faktları barədə ətraflı məlumat verib.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımına həsr olunan ardıcıl və genişmiqyaslı tədbirlərin bəşəriyyətə qarşı törədilən, insanlığa sığmayan terror aktının unudulmamasına xidmət etdiyini bildirib. Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılmasının, xocalılara qarşı törədilən cinayətlərin hüquqi-siyasi qiymət almasının vacibliyini vurğulayıb.

Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında iştirakının regionda sabitliyin təmin edilməsi və davamlı sülhün əldə olunması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini ifadə edib.

Azərbaycanın ABŞ-dəki Səfirliyinin nümayəndəsi çıxışında soyqırımı qurbanlarının xatirəsini anaraq, iki ölkə arasındakı dostluq və tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyini vurğulayıb və bu münasibətlərin sülhün möhkəmlənməsinə töhfə verdiyini söyləyib.

Azərbaycan-Amerika Təşkilatları Alyansının vitse-prezidenti Adika İqbal Xocalıda törədilən vəhşiliklərin, dinc əhaliyə qarşı yönələn amansız cinayətlərin təkrar yaşanmaması üçün qlobal həmrəyliyin vacibliyini qeyd edib.

Konfransda irlandiyalı tarixçi, “44 Gün: Qarabağ – işğaldan azadlığa” kitabının müəllifi Patrik Uolşun videomüraciəti nümayiş olunub. O, Xocalı hadisələrinin tarixi kontekstinə toxunaraq, 26 fevral 1992-ci ildə törədilən hadisələrin beynəlxalq ictimaiyyət tərəfindən düzgün qiymətləndirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra Xocalı soyqırımının ağrılı nəticələrini əks etdirən “Xocalı qətliamı – Azərbaycanın tarixi” adlı sənədli filmin nümayişi izləyicilərdə dərin kədər hissi yaradıb.

Konfrans günün ikinci yarısında panel müzakirələri ilə işini davam etdirib.

Maliyyə sahəsi üzrə analitik, “LearnTheMoney.org” saytının təsisçisi Əlimürsəl İbrahimovun moderatorluğu ilə keçirilən “Tarixi yaddaş sülhün təməli kimi” adlı paneldə Şimali Karolina Universitetinin Sülh və Münaqişə Araşdırmaları Departamentinin dosenti Əli Əsgərov, Cənubi Metodist Universitetinin fizika üzrə professoru Dürdanə Balakişiyeva, Çində fəaliyyət göstərən jurnalist və geosiyasi analitik Malik Ayub Sumbal, eləcə də Böyük Britaniyalı politoloq və jurnalist Neil Vatson çıxış edib.

Paneldə Xocalı soyqırımının beynəlxalq hüquq baxımından qiymətləndirilməsi, tarixi yaddaşın gələcək nəsillər üçün qorunmasının əhəmiyyətindən danışılıb. İnformasiya müharibəsi və xaricdə yaşayan soydaşlarımızın Azərbaycanın mövqeyini dünyaya çatdırmaqda oynadığı rol geniş müzakirə olunub. Eyni zamanda, Qarabağ münaqişəsinin tarixi və hüquqi aspektləri, beynəlxalq qətnamələrin icrasının təmin olunmamasının səbəbləri və bunun humanitar nəticələri barədə fikir mübadiləsi aparılıb. Regiondakı geosiyasi vəziyyət, post-münaqişə dövründə balanslı güc siyasətinin və regional əməkdaşlığın önəmi, kommunikasiya xətlərinin açılması və iqtisadi inteqrasiyanın uzunmüddətli sülhün təmin olunmasındakı rolu diqqət mərkəzində olub.

Konfrans sual-cavab formatında müzakirələrlə işini davam etdirib.

Hyustonda Xocalı soyqırımına həsr olunan beynəlxalq konfrans keçirilib Hyustonda Xocalı soyqırımına həsr olunan beynəlxalq konfrans keçirilib Hyustonda Xocalı soyqırımına həsr olunan beynəlxalq konfrans keçirilib Hyustonda Xocalı soyqırımına həsr olunan beynəlxalq konfrans keçirilib Hyustonda Xocalı soyqırımına həsr olunan beynəlxalq konfrans keçirilib Hyustonda Xocalı soyqırımına həsr olunan beynəlxalq konfrans keçirilib Hyustonda Xocalı soyqırımına həsr olunan beynəlxalq konfrans keçirilib Hyustonda Xocalı soyqırımına həsr olunan beynəlxalq konfrans keçirilib
Məqalədə: #Azərbaycan #ABŞ #Xocalı #Xocalı faciəsi #Texas

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.