6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Texas sahillərində Meksika hərbi təyyarəsi qəzaya uğrayıb

Meksika Donanmasına məxsus kiçik təyyarənin ABŞ-ın Texas ştatı sahillərində qəzaya uğraması nəticəsində beş nəfər həlak olub. Açıqlamada bildirilib ki, təyyarədə dörd donanma zabiti və dörd mülki şəxs olmaqla ümumilikdə səkkiz nəfər olub. Qəza nəticəsində beş nəfər həyatını itirib, iki nəfər xilas edilib, bir nəfər isə itkin düşmüş hesab olunur.

23 Dekabr 2025 12:16
Texas sahillərində Meksika hərbi təyyarəsi qəzaya uğrayıb

BAKI, AzerVoice, Fərid Mikayılov

Meksika Donanmasına məxsus kiçik təyyarənin ABŞ-ın Texas ştatı sahillərində qəzaya uğraması nəticəsində beş nəfər həlak olub.

AzerVoice xəbər verir ki, bu barədə Meksika Donanması rəsmi açıqlama yayıb.

Məlumata görə, təyyarə Texas ştatının Galveston şəhəri yaxınlığında dənizə düşüb.

Açıqlamada bildirilib ki, təyyarədə dörd donanma zabiti və dörd mülki şəxs olmaqla ümumilikdə səkkiz nəfər olub. Qəza nəticəsində beş nəfər həyatını itirib, iki nəfər xilas edilib, bir nəfər isə itkin düşmüş hesab olunur.

Qeyd edilib ki, qəzaya uğrayan təyyarə “xüsusi tibbi daşınma yönümlü humanitar yardım missiyası” çərçivəsində uçuş həyata keçirirmiş. Tibbi müalicə məqsədilə daşınan xəstənin də həlak olanlar arasında olduğu açıqlanıb.

Xilasetmə əməliyyatlarının ABŞ Sahil Mühafizəsi tərəfindən həyata keçirildiyi, təyyarənin okeanda aşkar edildikdən sonra ekipaj üzvlərinin sudan çıxarıldığı bildirilib.

Meksika Xarici İşlər Nazirliyinin məlumatına görə, ölkənin ABŞ-ın Hyuston şəhərindəki Baş Konsulluğu vasitəsilə yerli qurumlarla əlaqə saxlanılıb və həlak olanların ailələrinə müvafiq dəstək göstərilir.

Meksika Donanması təyyarə qəzası Texas sahillərində hava qəzası Galveston yaxınlığında təyyarə dənizə düşdü humanitar tibbi missiya zamanı təyyarə qəzası ABŞ Sahil Mühafizəsi xilasetmə əməliyyatı Meksika hərbi təyyarəsi ABŞ sularında qəzaya uğradı

Mexico Navy plane crash Texas coast humanitarian medical flight crash Galveston US Coast Guard rescue operation plane crash

Məqalədə: #ABŞ #təyyarə qəzası #Texas #ABŞ Sahil Mühafizəsi #hava nəqliyyatı qəzası #Texas sahilləri #humanitar yardım missiyası #humanitar tibbi missiya zamanı hava qəzası #Galveston

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.