Texas sahillərində Meksika hərbi təyyarəsi qəzaya uğrayıb
Meksika Donanmasına məxsus kiçik təyyarənin ABŞ-ın Texas ştatı sahillərində qəzaya uğraması nəticəsində beş nəfər həlak olub. Açıqlamada bildirilib ki, təyyarədə dörd donanma zabiti və dörd mülki şəxs olmaqla ümumilikdə səkkiz nəfər olub. Qəza nəticəsində beş nəfər həyatını itirib, iki nəfər xilas edilib, bir nəfər isə itkin düşmüş hesab olunur.
İstanbul hava limanında sərnişindaşıma 55 milyon nəfəri keçib (ÖZƏL)
2025-ci ilin avqust ayında Türkiyənin İstanbul Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq, 55 milyon 250 min 785 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin avqust ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə dəyişməyərək, 11 milyon 823 min 296 nəfər, beynəlxalq reyslər üzrə isə 4 faiz artaraq 43 milyon 427 min 489 nəfər təşkil edib.
Van hava limanında sərnişindaşıma 860 min nəfəri keçib (ÖZƏL)
2025-ci ilin iyul ayında Türkiyənin Van Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10 faiz azalaraq, 869 min 765 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin iyul ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 10 faiz azalaraq, 865 min 254 nəfər, beynəlxalq reyslər üzrə isə 32 faiz artaraq 4 min 551 nəfər təşkil edib.
Əlcəzairdə kəşfiyyat təyyarəsi qəzaya uğrayıb
Əlcəzairin şərqində yerləşən Cicel şəhərində Mülki Müdafiəyə məxsus kiçik tipli kəşfiyyat təyyarəsi Ferhat Abbas hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində Mülki Müdafiə Hava Bölməsinin komandiri polkovnik Rıdvan Berci, təlimatçı pilot Süheyb Qalayi və Air Tractor şirkətindən Çili vətəndaşı olmaqla ümumilikdə 4 nəfər həlak olub.
Muğla-Milas Bodrum hava limanında sərnişindaşıma 1 milyon nəfəri keçib (ÖZƏL)
2025-ci ilin iyun ayında Türkiyənin Muğla- Milas Bodrum Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz azalaraq, 1 milyon 530 min 12 nəfər olub.
Trabzon hava limanında sərnişindaşıma 1 milyon nəfəri keçib (ÖZƏL)
2025-ci ilin iyun ayında Türkiyənin Trabzon Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz artaraq, 1 milyon 578 min 355 nəfər olub.
Muğla Dalaman hava limanında sərnişindaşıma 2 milyon nəfəri keçib (ÖZƏL)
2025-ci ilin iyun ayında Türkiyənin Muğla Dalaman Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz artaraq, 2 milyon 1 min 608 nəfər olub.
Antalya hava limanında sərnişindaşıma 14 milyon nəfəri keçib (ÖZƏL)
2025-ci ilin iyun ayında Türkiyənin Antalya Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz artaraq, 14 milyon 537 min 325 nəfər olub.
Adnan Menderes hava limanında sərnişindaşıma 5 milyon nəfəri keçib (ÖZƏL)
2025-ci ilin iyun ayında Türkiyənin Adnan Menderes Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq, 5 milyon 507 min 782 nəfər olub.
Ankara Esenboğa hava limanında sərnişindaşıma 6 milyon nəfəri keçib (ÖZƏL)
2025-ci ilin iyun ayında Türkiyənin Ankara Esenboğa Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 6 milyon 438 min 48 nəfər olub.
Sabiha Gökçen hava limanında sərnişindaşıma 22 milyon nəfəri keçib (ÖZƏL)
2025-ci ilin iyun ayında Türkiyənin Sabiha Gökçen Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq, 22 milyon 109 min 146 nəfər olub.
Türkiyə hava daşımalarında Avropanı geridə qoyur
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu 2025-ci ilin yanvar-iyun aylarında hava nəqliyyatından istifadə edən sərnişinlərin sayının 108 milyon 811 min 724 nəfərə çatdığını açıqlayıb.