7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə hava daşımalarında Avropanı geridə qoyur

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu 2025-ci ilin yanvar-iyun aylarında hava nəqliyyatından istifadə edən sərnişinlərin sayının 108 milyon 811 min 724 nəfərə çatdığını açıqlayıb.

10 İyul 2025 18:00
Türkiyə hava daşımalarında Avropanı geridə qoyur

BAKI, AzerVoice

İlin ilk yarısında hava nəqliyyatı ilə 108,8 milyon sərnişin daşınıb.

AzerVoice xəbər verir ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu 2025-ci ilin yanvar-iyun aylarında hava nəqliyyatından istifadə edən sərnişinlərin sayının 108 milyon 811 min 724 nəfərə çatdığını açıqlayıb.

Bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə artım göstərib.

Nazir bildirib ki, 6 ayda 1 milyon 134 min 447 təyyarə uçuşu həyata keçirilib. Daxili marşrutlarda 46,5 milyon, beynəlxalq xətlərdə isə 62,1 milyon sərnişin daşınıb. Birbaşa tranzit sərnişinlərlə birlikdə ümumi sərnişin sayı 108,8 milyonu ötüb.

Təkcə iyun ayında daxili reyslərlə 9,3 milyon, beynəlxalq reyslərlə 14 milyon sərnişin daşınıb. Ümumilikdə 23,3 milyon sərnişin hava nəqliyyatından istifadə edib. Yük daşımaları isə 466 min tondan çox olub.

İstanbul Hava Limanı 6 ay ərzində 39 milyon sərnişinə xidmət göstərib. Yalnız iyun ayında bu rəqəm 7,1 milyon olub. Hava limanında daxili xətlər üzrə 1,7 milyon, beynəlxalq xətlər üzrə isə 5,4 milyon sərnişin qeyd alınıb.

Sabiha Gökçen Hava Limanı bu dövrdə 22 milyon sərnişinə xidmət göstərib. Turizm bölgələrində yerləşən hava limanlarında isə 23,9 milyon sərnişin qeydiyyata alınıb. Təkcə Antalya Hava Limanı 14,5 milyon sərnişin qəbul edib.

Qeyd edək ki, bu göstəricilər Türkiyə hava nəqliyyatının həm daxili, həm də beynəlxalq miqyasda dinamik inkişafını göstərir. Nazir Uraloğlu vurğulayıb ki, altı aylıq sərnişin sayı Avropa Birliyinin bir çox ölkəsinin ümumi əhalisindən çoxdur.

Məqalədə: #Türkiyə #Abdulkadir Uraloğlu #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #Sabiha Gökçen Hava limanı #turizm #Türkiyədə hava nəqliyyatı 2025 #Hava nəqliyyatı innovasiyaları #Aviasiya sektoru #hava nəqliyyatı qəzası

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
09:54
Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb
Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb
09:30
Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
09:21
Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
09:15
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
09:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.