Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Bəhreyn və Böyük Britaniyanın xarici işlər nazirləri ilə ayrı-ayrılıqda telefon danışıqları apararaq regional vəziyyəti, təhlükəsizlik və sabitliyin gücləndirilməsi yollarını müzakirə edib.
ArabAZ xəbər verir ki,Feysəl bin Fərhan Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid Əl-Zəyani ilə telefon danışığında regiondakı son hadisələri və təhlükəsizliklə sabitliyin qorunması istiqamətində davam edən səyləri nəzərdən keçirib.
Səudiyyə Ərəbistanının xarici işlər naziri daha sonra Böyük Britaniyanın xarici işlər naziri Ed Milibandla danışıb. Tərəflər Səudiyyə Ərəbistanı ilə Böyük Britaniya arasındakı münasibətləri, əməkdaşlıq və koordinasiyanın gücləndirilməsi imkanlarını müzakirə ediblər.
Danışıqlar zamanı həmçinin regional və beynəlxalq gündəmdəki son məsələlərə toxunulub. Tərəflər gərginliyin azaldılması, diplomatik səylərin intensivləşdirilməsi, su yollarının təhlükəsizliyi və gəmiçiliyin qorunmasının vacibliyini vurğulayıblar.