Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Bəhreyn və Böyük Britaniyanın xarici işlər nazirləri ilə ayrı-ayrılıqda telefon danışıqları apararaq regional vəziyyəti, təhlükəsizlik və sabitliyin gücləndirilməsi yollarını müzakirə edib.
BƏƏ Prezidenti Donald Trampla telefon danışığı aparıb
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Məhəmməd bin Zayed Al Nəhyan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.VOA məlumat verir ki,söhbət zamanı tərəflər BƏƏ ilə ABŞ arasında əməkdaşlığın müxtəlif istiqamətlərini və ikitərəfli əlaqələrin daha da gücləndirilməsi yollarını müzakirə ediblər.
Nəbih Bərri İsrailin Livanın cənubundakı hücumlarını “qətliam” adlandırıb
Livan parlamentinin sədri Nəbih Bərri İsrailin Ənsar və Deyr əz-Zəhraniyə endirdiyi ölümcül zərbələri “qətliam” adlandırıb. Bərri hücumların Livanın cənubunda davam edən və məhvetmə məqsədi daşıdığını bildirdiyi müharibənin tərkib hissəsi olduğunu deyib. O, İsraili atəşkəs razılaşmalarına əməl etməməkdə ittiham edib. Livan parlamentinin sədri İsrailin beynəlxalq hüquq normalarına da məhəl qoymadığını bildirib. Berri həmçinin İsrailin müharibəyə son qoymaq məqsədilə aparılan diplomatik səylərə əhəmiyyət vermədiyini vurğulayıb. Onun sözlərinə görə, davam edən hücumlar Livanın cənubunda vəziyyəti daha da ağırlaşdırır. İsrailin hərbi əməliyyatları bölgədə sabitliyin bərqərar olmasına mane olur. Hücumlar fonunda Livan və İsrail arasında razılaşmaların gələcəyi ilə bağlı narahatlıqlar artır.
Trampın müraciətindən sonra yeni qərar verildiyi bildirilir
İsrailin İrana qarşı həyata keçirdiyi hücumları dayandırdığı barədə yayılan məlumatlar Yaxın Şərqdə vəziyyətin gələcəyi ilə bağlı diqqəti yenidən diplomatik proseslərə yönəldib. İsrail mediasının məlumatına görə, qərar ABŞ Prezidenti Donald Trampın müraciətindən sonra qəbul olunub. Məlumatlarda bildirilir ki, Tramp ilə Benyamin Netanyahu arasında telefon danışığından sonra gərginliyin daha da artmasının qarşısını almaq məqsədilə hücumların dayandırılması qərarı verilib. Bununla yanaşı, İsrail tərəfi Hizbullah tərəfindən mümkün yeni hücumlar olacağı halda Livanda hərbi əməliyyatların yenidən başlaya biləcəyinə işarə edib. Hələlik məlumatlar rəsmi şəkildə təsdiqlənməsə də, bölgədə son günlər aparılan diplomatik səylər və atəşkəs çağırışları fonunda bu xəbərlər xüsusi diqqətlə izlənilir.
Pakistan Xarici İşlər Nazirliyi: İran gərginliyin azaldılmasına yardım istəyib
İranın Xarici İşlər naziri Nəbih Abbas Əraqçi Pakistan hökumətindən regionda gərginliyin azaldılması və ABŞ-İran arasında atəşkəsin qorunması üçün yardım xahiş edib. Araqçi həmçinin Livanda İsrailin atəşkəsi pozması və Beyrutun cənub qəsəbələrinə potensial hücum xəbərdarlıqlarından ciddi narahatlıq ifadə edib. Bu addım İranın regional diplomatik vasitəçilik səylərinin bir hissəsi kimi qiymətləndirilir.
Nəvaf Salam: İsrail Livanda təkcə torpaqları deyil, tarixi də məhv edir
Livanın Baş naziri Nəvaf Salam bildirib ki, İsrailin Livandakı hərbi əməliyyatları yalnız təhlükəsizlik və ya hərbi hədəflərlə məhdudlaşmır, daha geniş dağıntılara səbəb olur. Onun sözlərinə görə, ölkənin müxtəlif bölgələrində baş verən hücumlar Livanın suverenliyinin pozulması ilə yanaşı, tarixi və mədəni irsin də məhv edilməsinə gətirib çıxarır. Salam atəşkəsə nail olmaq üçün diplomatik səylərin artırılmasının vacibliyini vurğulayıb, müharibə və sülh qərarlarının yalnız Livan dövlətinə məxsus olduğunu bildirib. Baş nazir eyni zamanda evlərini tərk etmək məcburiyyətində qalan cənub sakinlərinə dəstək mesajı verərək dövlətin atəşkəs, məhbusların qaytarılması və yenidənqurma istiqamətində bütün imkanlardan istifadə edəcəyini bəyan edib.
Münaqişəyə son qoymaq üçün məsləhətləşmələr davam edir - Pakistan
Pakistanın xarici işlər naziri İshaq Dar apardıqları danışıqlarda böyük irəliləyiş əldə olunacağına əminliyini ifadə edərək bildirib ki, tərəflər arasında atəşkəsə nail olmaq və dialoq prosesini başlatmaq üçün ciddi səylər göstərilib.