7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Fələstin
Fələstin

İsrail Qəzzaya mobil evlərin çatdırılmasını istəmir

16 Fevral 2025 12:12
İsrail Qəzzaya mobil evlərin çatdırılmasını istəmir

Bakı, AzerVoice

İsrail baş naziri Benyamin Netanyahu Qəzzaya mobil evlərin və dağıntıları təmizləmək üçün avadanlıqların gətirilməsindən imtina edib.

AzerVoice xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

"Baş nazirin rəhbərliyi ilə keçirilən təhlükəsizlik məsləhətləşmələrindən sonra mobil evlər məsələsinin gələn günlərdə müzakirə olunmasına qərar verildi. İsrail ABŞ ilə tam koordinasiyada fəaliyyət göstərir”,- deyə məlumatda qeyd olunub.

Netanyahu avadanlıqların bölgəyə girişinə icazə verməkdən imtina edir, halbuki hazırkı atəşkəsin birinci mərhələsini uzatmaq istəyir. "Times of Israel" qəzetinə görə, bu uzadılma daha çox girovun azad edilməsi üçün birinci mərhələnin davamını təmin edəcək.

Hesabatlara görə, atəşkəs sazişi Qəzzaya ən azı 60 min müvəqqəti ev tikmək üçün avadanlıqların gətirilməsini açıq şəkildə nəzərdə tutur. Ötən həftə yayımlanan görüntülərdə Rəfah sərhəd qapısının Misir tərəfində mobil evlər, ağır texnika və buldozerlərin gözlədiyi əks olunub.

Xatırladaq ki, dünən İsrail 369 fələstinli məhbusu azad edib, bundan öncə isə HƏMAS və İslami Cihad hərəkatları Qəzzadakı 3 girovu buraxmışdı.

Netanyahu İsrail danışıqlar heyətinə ABŞ-ın dəstəyi ilə Qətər və Misir vasitəçiləri ilə danışaraq onları inandırmağı tapşırıb ki, HƏMAS-ın da birinci mərhələnin uzadılmasında marağı var, çünki bu, atəşkəsin daha uzun müddət davam etməsinə zəmanət verəcək.

Qeyd edək ki, fevral ayında ərəb ölkələrinin sammiti keçiriləcək və burada ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı planına cavab müzakirə olunacaq. Sammitdə qəzzalıların Qəzzadan çıxarılmaması və məcburi köçkünlüyün rədd edilməsi məsələləri ön planda olacaq.

Qəzzanı satın alacağıq - Tramp

Tramp son iki həftədə təəccüb doğuran bir təklif irəli sürərək ABŞ-ın Qəzza zolağını nəzarətə götürəcəyini, dağıdılmış əraziləri yenidən quraraq onları "Yaxın Şərqin Rivierasına" çevirəcəyini bildirmişdi. O, fələstinlilərin başqa yerə köçürülməsini təklif etsə də, onların geri qayıtması üçün heç bir plan təqdim etməyib. Bu təklif həm regional, həm də beynəlxalq səviyyədə geniş etirazlarla qarşılanıb və ərəb ölkələrinin ortaq mövqe sərgiləməsinə səbəb olub.

Son günlər ərzində nüfuzlu ərəb dövlətləri diplomatik səylərini gücləndirərək Trampın təklifinin və fələstinlilərin torpaqlarından çıxarılmasının rədd edildiyini vurğulayıblar. Misir də sonradan bəyan edib ki, fələstinlilərin öz torpaqlarında qalmasını təmin edən "hərtərəfli bərpa planı" təqdim edəcək.

Məqalədə: #İsrail #Benyamin Netanyahu #Fələstin #Qəzza zolağı #ABŞ #Misir #Donald Tramp #HƏMAS #Yaxın Şərq #Qəzza hücumu #Yaxın Şərq münaqişəsi #Fələstinlilərin məcburi köçü #Qəzza böhranı və ərəb mövqeyi #Orta Şərqdə təhlükəsizlik və sülh #Qəzza münaqişəsi #Orta Şərq münaqişələri #Geosiyasi gərginliklər #Yaxın Şərq problemləri #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Sülh və təhlükəsizlik #Mobil evlər #Fələstinli məhbuslar #Rəfah sərhəd qapısı #Diplomatik səylər

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
Filmoskop

Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?

6 Sentyabr 10:00
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Tarixdə bu gün

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?

6 Sentyabr 00:10
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32

Son Xəbərlər

Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.