4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Mask deyir ki, onun Trampa qarşı münasibəti dəyişib

Onun sözlərinə görə, bu dəyişikliyə səbəb Trampın ölkə büdcəsi kəsirini artıran siyasətidir.

6 İyul 2025 03:21
Mask deyir ki, onun Trampa qarşı münasibəti dəyişib

BAKI, AzerVoice

Amerikalı iş adamı İlon Mask ABŞ Prezidenti Donald Trampa qarşı münasibətini dəyişdiyini açıqlayıb.

AzerVoice xəbər verir ki, bu barədə Mask X sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, bu dəyişikliyə səbəb Trampın ölkə büdcəsi kəsirini artıran siyasətidir.

“Büdcə kəsirinin [sabiq prezident Co] Bayden dövründəki 2 trilyon dollarlıq göstəricidən 2,5 trilyon dollara yüksəlməsi ölkəni müflisliyə aparır” - deyə o, istifadəçilərdən birinin verdiyi sualına cavab verib.

Qeyd edək ki, İlon Mask, bir müddət ABŞ hökumətində dövlət işlərinin səmərəliliyini artırmaq üzrə agentliyin (DOGE) koordinatoru kimi fəaliyyət göstərib və ictimai əsaslarla, xüsusi statusla dövlət qulluqçusu olub. Lakin Amerika mətbuatının yazdığına görə, Trampla Mask arasında münasibətlər sonradan bir sıra səbəblərdən, o cümlədən Maskın biznes maraqları ilə bağlı pozulmağa başlayıb.

Mask dövlət xidmətindən ayrıldıqdan sonra, iyunun 5-də tərəflər sosial şəbəkələr vasitəsilə açıq qarşıdurmaya girdilər. Mask bəyan etdi ki, ötən ilin noyabr ayında keçirilən seçkilərdə onun dəstəyi olmasaydı, Tramp qalib gələ bilməzdi. O, Trampa qarşı yeni impiçment cəhdini dəstəklədiyini bildirdi və Tramp administrasiyasının irəli sürdüyü, dövlət borcu həddini 5 trilyon dollar artırmağı nəzərdə tutan qanun layihəsini tənqid etdi.

30 iyun tarixində Mask bildirmişdi ki, əgər bu qanun layihəsi qəbul edilərsə, ertəsi gün yeni bir partiya yaradacaq. İyulun 3-də ABŞ Konqresinin Nümayəndələr Palatası Senatdan sonra qanun layihəsini qəbul etdi və iyulun 4-də Tramp onu imzaladı. İyulun 5-də isə İlon Mask “Amerika” adlı yeni siyasi partiyanın qurulduğunu elan etdi.

Məqalədə: #ABŞ #Donald Tramp #İlon Mask #ABŞ Hökumətin Səmərəliliyi Departamenti (DOGE) #Qanun layihəsi #ABŞ Senatı

Mövzu üzrə digər xəbərlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Digər Dövlətlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb

17:41
İran və İordaniya arasında diplomatik gərginlik artır
İordaniya

İran və İordaniya arasında diplomatik gərginlik artır

17:14
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45
ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens
Digər Dövlətlər

ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

3 Sentyabr 22:36

Son Xəbərlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
17:33
İran və İordaniya arasında diplomatik gərginlik artır
İran və İordaniya arasında diplomatik gərginlik artır
17:14
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.