5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Vasitəçi ölkələr İsrailin Dohada təqdim etdiyi xəritədə dəyişiklik etməsini gözləyir

Qətər və Misir İsrailin Qəzza zolağından qoşunların çıxarılması ilə bağlı Dohada keçirilən məsləhətləşmələr zamanı təqdim etdiyi plana dəyişiklik etməsini gözləyir.

12 İyul 2025 21:07
Vasitəçi ölkələr İsrailin Dohada təqdim etdiyi xəritədə dəyişiklik etməsini gözləyir

BAKI, AzerVoice

Qətər və Misir İsrailin Qəzza zolağından qoşunların çıxarılması ilə bağlı Dohada keçirilən məsləhətləşmələr zamanı təqdim etdiyi plana dəyişiklik etməsini gözləyir.

AzerVoice xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı mənbəyə istinadla məlumat yayıb.

“Vasitəçilər İsraildən Qəzzadan qoşunların çıxarılmasını əks etdirən xəritələrdə düzəlişlər gözləyir” - deyə, mənbə bildirib. Onun sözlərinə görə, İsrail bu yenilənmiş planı şənbə və ya bazar günü təqdim edə bilər.

Bundan əvvəl “Agence France-Presse” (AFP) agentliyi fələstinli mənbələrə istinadla məlumat vermişdi ki, İsrailin Qəzzada hərbi mövcudluğu saxlamaq istəyi Dohada tərəflərlə aparılan vasitəçilik məsləhətləşmələrini çətinləşdirir. Agentliyin məlumatına əsasən, cümə günü İsrail nümayəndə heyəti Qəzzadan qoşunların çıxarılması ilə bağlı xəritə təqdim edib, lakin Fələstin tərəfi bu sənədin yalnız İsrail ordusunun yenidən yerləşdirilməsi və qruplaşması planı olduğunu bildirib. Mənbənin sözlərinə görə, sənəd İsrail qoşunlarının Qəzza zolağının 40 faizindən çox hissəsində qalmasını nəzərdə tutur.

6 iyul tarixində HƏMAS və İsrail Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə Dohada atəşkəsin əldə olunması və Qəzzada saxlanılan israilli girovların azad edilməsi istiqamətində danışıqlara yenidən başlamışdılar. İyulun 8-də Qətər Baş nazirinin müşaviri və Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirmişdi ki, hələlik danışıqlara başlanmayıb və vasitəçilər HƏMAS və İsrail nümayəndələri ilə fikir ayrılıqlarını aradan qaldırmaq və gələcək danışıqların çərçivəsini müəyyənləşdirmək üçün ilkin məsləhətləşmələr aparırlar. O əlavə etmişdi ki, Qəzzada atəşkəslə bağlı razılaşmanın əldə olunması üçün zaman tələb olunur.

Məqalədə: #İsrail #Qəzza zolağı #Misir #Qətər #HƏMAS #atəşkəs #Girov mübadiləsi danışıqları

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

21:41

Son Xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
22:14
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
21:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.