8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Kolumbiya universitetinin federal maliyyələşdirməyə çıxışı təmin ediləcək

Kolumbiya Universiteti ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə razılaşma əldə etməyə hazırdır.

13 İyul 2025 03:47
Kolumbiya universitetinin federal maliyyələşdirməyə çıxışı təmin ediləcək

BAKI, AzerVoice

Kolumbiya Universiteti ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə razılaşma əldə etməyə hazırdır.

AzerVoice xəbər verir ki, bu razılaşma ali təhsil müəssisəsinin federal maliyyələşdirmənin bir hissəsinə yenidən çıxışını təmin edəcək.

Xatırladaq ki, mart ayında ABŞ hakimiyyəti Kolumbiya Universitetinə təxminən 400 milyon dollar həcmində federal qrantların ayrılmasını müvəqqəti dayandırmaq qərarı vermişdi. Səbəb kimi universitet rəhbərliyinin yəhudi mənşəli tələbələrin təqibinə qarşı kifayət qədər tədbir görməməsi göstərilmişdi.

Ötən həftə universitetin İdarə Heyəti federal hakimiyyətlə mümkün razılaşmanın şərtlərini müzakirə edib. Gözlənilir ki, Kolumbiya Universiteti vətəndaş hüquqlarının pozulmasından zərər çəkmiş şəxslərə çoxmilyonluq kompensasiya ödəyəcək, işə qəbul prosesini daha şəffaf edəcək, Trampın tənqid etdiyi "müxtəliflik, bərabərlik və inklüzivlik" (DEI) siyasətinə yanaşmanı dəyişəcək və yəhudi mənşəli tələbələrin təhlükəsizliyini artıracaq tədbirlər görəcək. Əvəzində universitetə 400 milyon dollardan çox federal maliyyələşməyə çıxış hüququ geri qaytarılacaq.

Gələn həftə universitetin nümayəndələri və Tramp administrasiyasının rəsmiləri Ağ Evdə razılaşmanı müzakirə edəcəklər. Razılaşmanın şərtləri hələ tam təsdiqlənməyib və dəyişdirilə bilər. ABŞ hakimiyyəti bu razılaşmanın digər ali məktəblərlə bağlanacaq oxşar sazişlər üçün nümunə olacağını gözləyir.

Məqalədə: #ABŞ #Donald Tramp #Kolumbiya Universiteti

Mövzu üzrə digər xəbərlər

Kanada İsrail yaşayış məntəqələrindən malların idxalını məhdudlaşdıracaq
Digər Dövlətlər

Kanada İsrail yaşayış məntəqələrindən malların idxalını məhdudlaşdıracaq

18:24
Böyük Britaniya İsrailin qanunsuz yaşayış məntəqələrinə qarşı yeni addım atıb
Digər Dövlətlər

Böyük Britaniya İsrailin qanunsuz yaşayış məntəqələrinə qarşı yeni addım atıb

18:20
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

09:42
Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır
Pakistan

Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır

09:15

Son Xəbərlər

Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
18:31
Kanada İsrail yaşayış məntəqələrindən malların idxalını məhdudlaşdıracaq
Kanada İsrail yaşayış məntəqələrindən malların idxalını məhdudlaşdıracaq
18:24
Böyük Britaniya İsrailin qanunsuz yaşayış məntəqələrinə qarşı yeni addım atıb
Böyük Britaniya İsrailin qanunsuz yaşayış məntəqələrinə qarşı yeni addım atıb
18:20
Qətər Netanyahuya cavab verdi - İsrail “qarayaxma kampaniyası” aparır
Qətər Netanyahuya cavab verdi - İsrail “qarayaxma kampaniyası” aparır
18:14
Rusiya və Səudiyyə Ərəbistanı İran-ABŞ razılaşması üçün kompromis axtarır -Lavrov
Rusiya və Səudiyyə Ərəbistanı İran-ABŞ razılaşması üçün kompromis axtarır -Lavrov
18:10
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.