5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

YUNESKO Afrikada üç yeni dünya irsi ərazisini təsdiqləyib

YUNESKO-nun Ümumdünya İrs Siyahısına üç yeni Afrika ərazisi daxil edilib.

14 İyul 2025 09:15
YUNESKO Afrikada üç yeni dünya irsi ərazisini təsdiqləyib

BAKI, AzerVoice

YUNESKO-nun Ümumdünya İrs Siyahısına üç yeni Afrika ərazisi daxil edilib.

AzerVoice xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçirilən 47-ci Genişləndirilmiş Ümumdünya İrs Komitəsinin iclasında Afrikaya məxsus üç yeni ərazi YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Eyni zamanda, “Təhlükədə olan Ümumdünya İrs” siyahısından üç ərazi çıxarılıb.

Yeni daxil edilən ərazilər arasında Malavidə yerləşən və müqəddəs ruhların məskəni hesab edilən Mulanje dağı, Kamerunun Mandara dağlarındakı Diy-Gid-Biy mədəni mənzərəsi və Qvineya-Bisau sahillərində yerləşən Bijaqos arxipelaqı yer alır. Xüsusilə Bijaqos arxipelaqı Qvineya-Bisaudan bu siyahıya daxil edilən ilk arxipelaq kimi tarixi əhəmiyyət daşıyır.

Bijaqos arxipelaqında animist inancların və qadın liderliyinin əsas yer tutduğu matriarxal Bijagos icması yaşayır. Arxipelaqda 30 minə yaxın insan və 870 mindən çox köçəri quş məskunlaşıb.

Digər tərəfdən, Təhlükədə olan irs kateroqiyasından çıxarılan yerlər sırasına Madaqaskardakı Atsinanana yağış meşələri, Misirin Əbu Mena bölgəsi və Liviyanın qədim Qadames şəhəri daxildir.

Qeyd edək ki, dünya üzrə Ümumdünya İrs Siyahısında olan ərazilərin cəmi 9 faizi Afrikaya aiddir. Bununla belə, qitə “təhlükədə olan irs” kateqoriyasına daxil edilən sahələrin dörddə birini təşkil edir.

Məqalədə: #UNESCO #Afrika #UNESCO beynəlxalq konfransı #YUNESKO Dünya Mədəni İrs Siyahısı #Mədəni irs və qorunma #Ümumdünya İrs obyektləri #YUNESKO Ümumdünya İrs Komitəsi

Mövzu üzrə digər xəbərlər

ABŞ–Efiopiya hərbi əməkdaşlığını gücləndirir: Misirə və regiondakı 5 aktora mesaj
Digər Dövlətlər

ABŞ–Efiopiya hərbi əməkdaşlığını gücləndirir: Misirə və regiondakı 5 aktora mesaj

28 Avqust 12:33
Azərbaycan Afrika Respublikasına başsağlığı verib
Siyasət

Azərbaycan Afrika Respublikasına başsağlığı verib

20 Avqust 12:10
Livan Prezidenti İsrailin hücumlarını razılaşma üçün birbaşa təhdid adlandırıb
Livan

Livan Prezidenti İsrailin hücumlarını razılaşma üçün birbaşa təhdid adlandırıb

31 İyul 21:08
İsrail ordusu Livanın cənubundakı Kfar Təbnit qəsəbəsində güclü partlayış törədib
Digər Dövlətlər

İsrail ordusu Livanın cənubundakı Kfar Təbnit qəsəbəsində güclü partlayış törədib

31 İyul 19:54

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
4 Sentyabr 21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.