13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Aİ-nin ABŞ-a qarşı tətbiq edəcəyi rüsumlar "Boeing" təyyarələrini də əhatə edəcək

Avropa İttifaqı (Aİ) ABŞ-ın avqustun 1-dən etibarən Aİ-dən ixrac olunan bütün məhsullara 30 faizlik idxal rüsumu tətbiq etməsinə cavab olaraq, ABŞ mallarına qarşı tariflərin ikinci siyahısını hazırlayıb.

15 İyul 2025 12:12
Aİ-nin ABŞ-a qarşı tətbiq edəcəyi rüsumlar "Boeing" təyyarələrini də əhatə edəcək

BAKI, AzerVoice

Avropa İttifaqı (Aİ) ABŞ-ın avqustun 1-dən etibarən Aİ-dən ixrac olunan bütün məhsullara 30 faizlik idxal rüsumu tətbiq etməsinə cavab olaraq, ABŞ mallarına qarşı tariflərin ikinci siyahısını hazırlayıb.

AzerVoice "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu siyahıya Amerika avtomobilləri, "Boeing" təyyarələri və burbon (ABŞ-da istehsal olunan spirtli içki) da daxildir.

Avropa Komissiyasının sənədi 72 milyard avroluq ABŞ məhsullarına qarşı yeni rüsumları nəzərdə tutur.

Siyahıda mühəndislik məhsulları, kimyəvi maddələr, plastiklər, tibbi cihazlar, elektrik avadanlıqları, şərab və digər kənd təsərrüfatı malları yer alır. İdxal edilən hərbi məhsullar isə rüsumlardan azad olunacaq.

Bildirilib ki, ilkin siyahı 95 milyard avro həcmində idi, lakin Avropa şirkətləri və üzv dövlətlərlə aparılan məsləhətləşmələrdən sonra bu məbləğ azaldılıb. Məhsulların seçimində əsas meyar onların alternativ təchizat imkanlarının olması və yüksək nəqliyyat xərcləri olub.

Qeyd edək ki, bu, Avropa İttifaqının ABŞ-a qarşı hazırladığı ikinci tarif paketidir. Birinci paket bu ilin yazında qəbul edilmiş və 21 milyard avro dəyərində məhsulu əhatə etmişdi. Lakin Aİ həmin tariflərin qüvvəyə minməsini təxirə salaraq ABŞ ilə bütün tariflərin ləğvini müzakirə etməyə üstünlük vermişdi. Bununla belə, ABŞ-ın Avropadan idxal olunan polad və alüminiuma qarşı tətbiq etdiyi 10 faizlik rüsumlar hələ də qüvvədə qalır.

Məqalədə: #ABŞ #Avropa İttifaqı (Aİ) #Donald Tramp #Boeing #Trampın tarifləri #Gömrük rüsumları

Mövzu üzrə digər xəbərlər

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

19:40
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
İran

İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb

18:27
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

18:03
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Pakistan

Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər

15:22

Son Xəbərlər

Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
20:06
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
19:51
İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib
İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib
19:43
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
19:40
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
18:43
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.