ABŞ Boeing 737 MAX və 787 təyyarələri ilə bağlı yeni qərar qəbul edib
ABŞ Federal Mülki Aviasiya İdarəsi Boeing şirkətinə 737 MAX və 787 təyyarələri üzrə uçuşa yararlılıq sertifikatlarını yenidən vermək səlahiyyəti tanıyıb. Qərarın gələn həftədən qüvvəyə minəcəyi bildirilib. Qurum bunu uzunmüddətli təhlükəsizlik və keyfiyyət yoxlamalarının müsbət nəticələri ilə əsaslandırıb. Boeing bundan sonra sertifikatları Federal Mülki Aviasiya İdarəsinin nəzarəti altında rəsmiləşdirəcək. Bu addım şirkətin istehsal gücünü artırmasına imkan yarada bilər. Boeing 2019-cu ildə 737 MAX qəzalarından sonra bu səlahiyyətdən məhrum edilmişdi. Daha sonra 2022-ci ildə 787 proqramında istehsal qüsurlarına görə eyni qərar qəbul olunmuşdu. Yeni qərar Boeing-in fəaliyyətinə inamın bərpa olunması istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Trump silah istehsalını artırmaq üçün müdafiə sənayesi rəhbərləri ilə görüşəcək
ABŞ Prezidenti Donald Tramp silah istehsalını artırmaq üçün müdafiə sənayesi rəhbərləri ilə Ağ Evdə görüşəcək. Görüş ABŞ-ın İran müharibəsi və digər münaqişələrdən sonra silah ehtiyatlarının azalması fonunda keçirilir. Məlumata görə, ABŞ müttəfiqlərinə böyük həcmdə silah göndərib və bu, ehtiyatlarda azalmaya səbəb olub. Müdafiə sənayesi şirkətləri ilə istehsalın sürətləndirilməsi müzakirə ediləcək. Ağ Evdə bu, ikinci genişmiqyaslı görüşdür.
ABŞ prezidentinin yeni “Air Force One” təyyarəsinin təhvili gecikir
“Boeing” şirkəti tərəfindən hazırlanmaqda olan iki yeni “Air Force One” prezident təyyarəsinin birincisinin təhvili daha bir il gecikərək 2028-ci ilin ortalarına planlaşdırılıb.
Vaşinqtonda Səudiyyə-ABŞ İnvestisiya Forumu işə başlayıb
Vaşinqtonda Səudiyyə-ABŞ İnvestisiya Forumunun ikinci mərhələsi işə başlayıb. Tədbirdə iki ölkənin dövlət rəsmiləri, irimiqyaslı şirkətlərin rəhbərləri, investorlar, sahibkarlar və innovasiya sektorunun nümayəndələri iştirak edir.
Vaşinqtonda Səudiyyə-ABŞ İnvestisiya Forumu işə başlayıb
Vaşinqtonda Səudiyyə-ABŞ İnvestisiya Forumunun ikinci mərhələsi işə başlayıb. Tədbirdə iki ölkənin dövlət rəsmiləri, irimiqyaslı şirkətlərin rəhbərləri, investorlar, sahibkarlar və innovasiya sektorunun nümayəndələri iştirak edir.
Şavkat Mirziyoyev Donald Trampla görüşüb
BMT Baş Assambleyasının 80 illik yubiley sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında görüş keçirilib. Liderlər iki ölkə arasındakı strateji əməkdaşlığın genişləndirilməsi və gündəmdəki beynəlxalq məsələləri müzakirə ediblər.
ABŞ altıncı nəsil F-47 qırıcılarının istehsalına başlayıb
ABŞ Hava Qüvvələri Komandanı David Allvin, Air & Space Forces Association-un 2025 Hava, Kosmos və Kiber Konfransında çıxış edərək F-47 proqramı ilə bağlı məlumat verib. O xatırladıb ki, mart ayında ABŞ Prezidenti Donald Tramp, Yeni Nəsil Hava Hakimiyyəti (NGAD) proqramının insanlı qırıcı komponentini istehsal etmək üzrə tenderdə qalibin Boeing olduğunu açıqlamışdı.
Aİ-nin ABŞ-a qarşı tətbiq edəcəyi rüsumlar "Boeing" təyyarələrini də əhatə edəcək
Avropa İttifaqı (Aİ) ABŞ-ın avqustun 1-dən etibarən Aİ-dən ixrac olunan bütün məhsullara 30 faizlik idxal rüsumu tətbiq etməsinə cavab olaraq, ABŞ mallarına qarşı tariflərin ikinci siyahısını hazırlayıb.
ABŞ-ın fövqəladə vəziyyət planı - bunker və təyyarə hazırdır
ABŞ-ın gizli planı üzə çıxdı - Tramp və rəhbər şəxslər üçün bunker və təyyarə hazırdır.
“American Airlines”in reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
“American Airlines” aviaşirkətinə məxsus və Yeni Dehli — Nyu-York marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib
Hindistanda baş verən təyyarə qəzasından bir nəfər sağ çıxıb
Hindistanın qərbində baş verən Air India şirkətinə məxsus Boeing 787 Dreamliner təyyarə qəzasından bir nəfərin sağ çıxdığı bildirilib.
Təyyarə Qəzası Sonrası Boeing-in Səhmləri Ucuzlaşıb
Amerikalı təyyarə istehsalçısı Boeing-in səhmləri, Hindistanın Ahmedabad şəhərində Air India aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasından sonra kəskin şəkildə ucuzlaşıb.