12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Vaşinqtonda Səudiyyə-ABŞ İnvestisiya Forumu işə başlayıb

Vaşinqtonda Səudiyyə-ABŞ İnvestisiya Forumunun ikinci mərhələsi işə başlayıb. Tədbirdə iki ölkənin dövlət rəsmiləri, irimiqyaslı şirkətlərin rəhbərləri, investorlar, sahibkarlar və innovasiya sektorunun nümayəndələri iştirak edir.

20 Noyabr 2025 04:00
Vaşinqtonda Səudiyyə-ABŞ İnvestisiya Forumu işə başlayıb

BAKI,AzerVoice, Orxan Qədirzadə

Vaşinqtonda Səudiyyə-ABŞ İnvestisiya Forumunun ikinci mərhələsi işə başlayıb. Tədbirdə iki ölkənin dövlət rəsmiləri, irimiqyaslı şirkətlərin rəhbərləri, investorlar, sahibkarlar və innovasiya sektorunun nümayəndələri iştirak edir.

AzerVoice xəbər verir ki, forum Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi və Baş naziri Məhəmməd bin Salmanın ABŞ-a səfəri çərçivəsində keçirilir.

Bu il tədbir “İnkişaf üçün liderlik: Səudiyyə-ABŞ iqtisadi tərəfdaşlığının gücləndirilməsi” mövzusu altında təşkil olunub və iki ölkə arasında investisiya əməkdaşlığının genişləndirilməsinə yönəlib. Forum Səudiyyə İnvestisiya Nazirliyi tərəfindən təşkil olunub və tərəflər arasında texnologiya transferi, sənaye quruculuğu, istehsalın lokallaşdırılması və yeni iş yerlərinin yaradılması kimi hədəfləri əhatə edir.

Kennedi Mərkəzində keçirilən tədbirdə Chevron, Qualcomm, Cisco, General Dynamics, Pfizer kimi şirkətlərin rəhbərləri ilə yanaşı IBM, Google, Salesforce, Boeing, Adobe, Halliburton, Aramco, Parsons və State Street kimi qurumların yüksək vəzifəli nümayəndələri iştirak edir.

Forum çərçivəsində süni intellekt, enerji, maliyyə, səhiyyə, müdafiə və kosmos, inkişaf etmiş sənaye istehsalı və infrastruktur kimi strateji sahələr üzrə panel müzakirələri keçirilir.

Süni intellekt mövzusunda keçirilən sessiyada Tesla-nın baş direktoru İlon Mask və Nvidia-nın CEO-su Censen Huand çıxış ediblər.

Məlumata görə, forum iki ölkə arasında artan siyasi, iqtisadi və təhlükəsizlik əməkdaşlığı fonunda keçirilir. Səudiyyə Ərəbistanı və ABŞ həm regional, həm də qlobal məsələlərdə koordinasiyanı davam etdirərək təhlükəsizlik, sabitlik və inkişafı hədəfləyən fəaliyyətləri birgə həyata keçirir.

Məqalədə: #Səudiyyə Ərəbistanı #Məhəmməd bin Salman #İlon Mask #Tesla #Nvidia #Boeing #Google #Chevron #Səudiyyə-ABŞ İnvestisiya Forumu #Salmanın ABŞ-a səfəri #Qualcomm #Cisco #Pfizer #Salesforce #Adobe #Censen Huand

Mövzu üzrə digər xəbərlər

NATO və Avropa İran məsələsində bizi məyus edib - Tramp
Digər Dövlətlər

NATO və Avropa İran məsələsində bizi məyus edib - Tramp

18:05
Çin ABŞ və İran arasında vasitəçilik təklif edib
Digər Dövlətlər

Çin ABŞ və İran arasında vasitəçilik təklif edib

18:01
Yəməndə böyük təlatüm - Husilərin hücumu ilə 50 min insan evini tərk etdi
Yəmən

Yəməndə böyük təlatüm - Husilərin hücumu ilə 50 min insan evini tərk etdi

16:25
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq

İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb

13:09

Son Xəbərlər

İsrail Livanın cənubuna yeni zərbələr endirib
İsrail Livanın cənubuna yeni zərbələr endirib
18:22
BRICS fələstinlilərin məcburi köçürülməsinə qarşı çıxıb
BRICS fələstinlilərin məcburi köçürülməsinə qarşı çıxıb
18:16
BƏƏ və Livan Səudiyyənin neft kəmərinə hücumu pisləyib
BƏƏ və Livan Səudiyyənin neft kəmərinə hücumu pisləyib
18:11
NATO və Avropa İran məsələsində bizi məyus edib - Tramp
NATO və Avropa İran məsələsində bizi məyus edib - Tramp
18:05
Çin ABŞ və İran arasında vasitəçilik təklif edib
Çin ABŞ və İran arasında vasitəçilik təklif edib
18:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.