Kosmosda məlumat mərkəzləri quran “Starcloud”un dəyəri 2,3 milyard dollara çatıb
“Starcloud” yeni sərmayə mərhələsində 250 milyon dollar cəlb edib. Şirkətin bazar dəyəri 2,3 milyard dollar olaraq qiymətləndirilib. Mart ayında bu göstərici 1,1 milyard dollar idi. 2024-cü ildə yaradılan şirkət indiyədək ümumilikdə 450 milyon dollar sərmayə cəlb edib. “Starcloud” “Nvidia” ilə orbit şəraitinə uyğun hesablama sistemi hazırlayır. Şirkət gələcəkdə 88 min peykdən ibarət şəbəkə yaratmağı planlaşdırır. Hədəf orbitdə 20 giqavatlıq hesablama gücü yaratmaqdır. Şirkət ABŞ-də yeni nəsil kosmik aparatlarının istehsalı üçün böyük istehsal müəssisəsi də qurur.
Vaşinqtonda Səudiyyə-ABŞ İnvestisiya Forumu işə başlayıb
Vaşinqtonda Səudiyyə-ABŞ İnvestisiya Forumunun ikinci mərhələsi işə başlayıb. Tədbirdə iki ölkənin dövlət rəsmiləri, irimiqyaslı şirkətlərin rəhbərləri, investorlar, sahibkarlar və innovasiya sektorunun nümayəndələri iştirak edir.