5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ-ın fövqəladə vəziyyət planı - bunker və təyyarə hazırdır

ABŞ-ın gizli planı üzə çıxdı - Tramp və rəhbər şəxslər üçün bunker və təyyarə hazırdır.

24 İyun 2025 14:40
ABŞ-ın fövqəladə vəziyyət planı - bunker və təyyarə hazırdır

BAKI, AzerVoice

ABŞ-ın gizli planı üzə çıxdı - Tramp və rəhbər şəxslər üçün bunker və təyyarə hazırdır.

AzerVoice xəbər verir ki, İsrail və İran arasında əldə olunan atəşkəs bölgədəki gərginliyi müvəqqəti olaraq azaltsa da, ABŞ-da diqqətçəkən və uzun illərdir sirr kimi qorunan “Qiyamət Planı”nın yenidən gündəmə gəlməsi beynəlxalq medianın maraq dairəsinə çevrilib.

Daily Mailin yaydığı məlumata görə, ABŞ hökumətinin fövqəladə vəziyyətlər üçün hazırladığı bu planın rəsmi adı “COOP” – yəni “Əməliyyatların Davamlılığı Planı”dır. Planın əsas məqsədi nüvə müharibəsi və ya genişmiqyaslı böhranlar zamanı ölkənin idarəçiliyini fasiləsiz davam etdirməkdir. Bu məqsədlə prezident Donald Tramp və digər yüksək rütbəli rəsmilər xüsusi bunker və təyyarələrlə qorunacaq.

Sığınacaqlara Virciniyadakı Mount Weather, Pensilvaniyadakı Raven Rock və Koloradodakı Cheyenne Mountain kompleksləri daxildir. Bu obyektlər nüvə hücumlarına davamlı infrastruktura malikdir və 11 sentyabr hadisələrindən sonra belə mərkəzlərə yüksək rütbəli şəxslərin təxliyəsi artıq həyata keçirilmişdi.

ABŞ-ın “Qiyamət Təyyarəsi” kimi tanınan Boeing E-4B model təyyarəsinin 17 iyun tarixində Luizianadan Merilendə uçması isə bu planın aktivləşdirilə biləcəyi ehtimallarını daha da gücləndirib. Məlumata görə, bu təyyarə müharibə şəraitində ABŞ Silahlı Qüvvələrinin baş komandanlığı funksiyasını yerinə yetirə bilir.

Qeyd edək ki, “COOP” planı ilk dəfə 1950-ci illərdə Prezident Duayt Eyzenhauer tərəfindən hazırlanıb və hər prezident dövründə yenilənərək bu gün də qüvvədə saxlanılır. Federal Fövqəladə Halların İdarə Olunması Agentliyi (FEMA) planın icrasına nəzarət edən əsas qurumdur.

Bu strateji plan təkcə nüvə müharibəsi deyil, həm də təbii fəlakətlər, terror hücumları və genişmiqyaslı kiber təhlükələrə qarşı tətbiq oluna bilər. Sığınacaqlar tam hazır vəziyyətdədir: Mount Weather güclü rabitə sistemi ilə, Raven Rock hərbi baza funksiyası ilə, Cheyenne Mountain isə NORAD-ın alternativ qərargahı kimi fəaliyyət göstərir.

Məqalədə: #ABŞ #Donald Tramp #Boeing #Tramp administrasiyası #Qiyamət planı ABŞ #gizli bunker sistemi #COOP planı #ABŞ fövqəladə planları

Mövzu üzrə digər xəbərlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

19:56
ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb
Bəhreyn

ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb

19:49

Son Xəbərlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
21:41
Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
20:59
Oman körfəzində ticarət gəmiləri atəşə tutulub
Oman körfəzində ticarət gəmiləri atəşə tutulub
20:55
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.