14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Uitkoffun Dohaya səfər edəcəyi tarix dəqiqləşməyib - Qətər rəsmisi

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun Dohada Qəzza zolağı ilə bağlı aparılan məsləhətləşmələrdə iştirakı üçün səfər tarixi hələ müəyyən edilməyib.

15 İyul 2025 16:45
Uitkoffun Dohaya səfər edəcəyi tarix dəqiqləşməyib - Qətər rəsmisi

BAKI, AzerVoice

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun Dohada Qəzza zolağı ilə bağlı aparılan məsləhətləşmələrdə iştirakı üçün səfər tarixi hələ müəyyən edilməyib.

AzerVoice xəbər verir ki, bu barədə Qətər Baş nazirinin müşaviri və Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari məlumat verib.

“Xüsusi elçi Uitkoff Dohada həmişə arzuolunan qonaqdır, lakin hazırda konkret tarix yoxdur” – deyə o, jurnalistin müvafiq sualını cavablandırıb.

Əl-Ənsari vurğulayıb ki, Qəzza zolağındakı münaqişənin həlli ilə bağlı ABŞ-la təmaslar davamlı olaraq həyata keçirilir və bu, Qətər rəsmiləri ilə ABŞ xüsusi elçisi arasında baş tutur. Onun sözlərinə görə, Uitkoff Dohada davam edən məsləhətləşmələrin gedişini gündəlik izləyir və bu məsləhətləşmələrin məqsədi çərçivə razılaşmasına nail olmaqdır. Əl-Ənsari Uitkofun ABŞ-ın Nyu-Cersi ştatında keçirilən klublararası futbol üzrə dünya çempionatının final matçında Qətər rəsmiləri ilə görüşünü isə şərh etməkdən imtina edib.

Qeyd edək ki, iyulun 7-də Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirmişdi ki, Uitkoff yaxın günlərdə Qətərə səfər edərək Qəzza münaqişəsinin başa çatdırılması ilə bağlı danışıqlarda iştirak edəcək. Lakin iyulun 6-da “Al Arabiya” telekanalı məlumat vermişdi ki, Uitkoff hələ Dohada keçirilən məsləhətləşmələrdə iştirak etmir və yalnız danışıqlar yekun mərhələyə çatdıqda Qətərin paytaxtına gəlməyi planlaşdırır.

HƏMAS və İsrail arasında atəşkəsin əldə olunması və Qəzza zolağında saxlanılan israilli girovların azad olunması məqsədilə Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlar iyulun 6-da Dohada bərpa olunub. Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, məsləhətləşmələr hələ ilkin mərhələdədir və vasitəçilər HƏMAS və İsraillə ayrı-ayrılıqda işləyirlər ki, bu da dolayı danışıqlara keçidi təmin edəcək çərçivə razılaşmasının əldə olunmasına imkan yaratsın.

Məqalədə: #İsrail #Qəzza zolağı #Qətər #HƏMAS #Doha #atəşkəs #atəşkəs razılaşması #Girov mübadiləsi danışıqları #Girov mübadiləsi #Stiven Uitkoff

Mövzu üzrə digər xəbərlər

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

13 Sentyabr 19:40
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
İran

İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb

13 Sentyabr 18:27
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

13 Sentyabr 18:03
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Pakistan

Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər

13 Sentyabr 15:22

Son Xəbərlər

Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
13 Sentyabr 21:23
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
13 Sentyabr 20:06
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.