10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Druzlar Suriyanın Süveyda vilayətindən ölkənin şimal şərqinə yol açılmasını tələb ediblər

Suriyadakı druz icmasının liderlərindən biri Hikmət əl-Həcrinin bəyanatlarının yayımlandığı sosial şəbəkə hesabında, Süveyda vilayətindən PKK terror təşkilatının nəzarətində olan ölkənin şimal-şərq bölgələrinə “yol açılması” tələb olunub.

17 İyul 2025 18:09
Druzlar Suriyanın Süveyda vilayətindən ölkənin şimal şərqinə yol açılmasını tələb ediblər

BAKI, AzerVoice

Suriyadakı druz icmasının liderlərindən biri Hikmət əl-Həcrinin bəyanatlarının yayımlandığı sosial şəbəkə hesabında, Süveyda vilayətindən PKK terror təşkilatının nəzarətində olan ölkənin şimal-şərq bölgələrinə “yol açılması” tələb olunub.

AzerVoice-un məlumatına görə, həmin hesabda, İordaniya kralı II Abdullaha müraciət edilərək, Süveyda ilə İordaniya arasında sərhəd keçid məntəqəsinin açılmasına dair çağırış edilib.

Xatırladaq ki, Suriyada "SDQ" (Suriya Demokratik Qüvvələri) adından istifadə edən PKK terror təşkilatı ötən axşam Haseke şəhərində Süveydada təhlükəsizlik qüvvələri ilə qarşıdurmada olan qruplara dəstək aksiyası keçirtmişdi.

Hazırda təşkilat “insani yardım” adı altında Süveydaya yük daşımağa hazırlaşır.

PKK bundan bir gün əvvəl də Hələbin şərqində yerləşən Deyr Hafır bölgəsində Suriya ordusu ilə qarşıdurmaya girərək, sonradan həmin bölgəyə əlavə qüvvələr göndərmişdi.

Qeyd edək ki, 13 iyul tarixində Suveyda vilayətində ərəb qəbilələrinin silahlı birləşmələri ilə dağlıq ərazilərin druz dəstələri arasında qarşıdurmalar başlayıb. İyulun 15-də Suriya ordusu vilayətin eyni adlı inzibati mərkəzinə daxil olaraq ərazidə sabitliyi təmin etmək məqsədilə əməliyyatlara start verib. Bundan dərhal sonra İsrail ordusu Suriya Silahlı Qüvvələrinin hərbi kolonlarını hədəfə almağa başlayıb. İsrail bu hücumları Suveyda vilayətində yaşayan druz əhalisini müdafiə etmək məqsədi ilə həyata keçirdiyini bildirib.

Məlumat üçün bildirək ki, druzlar – Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilli və dini baxımdan özünəməxsus etnokonfessional qrupdur. Suriyada təxminən 700 min druz yaşayır ki, bu da kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıqdır.

Məqalədə: #İsrail #Suriya #Druz #Suriyalı druzlar və İsrailin mövqeyi #Druz icması #druzlar #Dürzilər #Suriyada Dürzilər #Dürzi Separatçılığı #Dürzi Muxtariyyəti #İsrail və Dürzilər #Dürzilərin Silahlı Mübarizəsi #Suriyada Mərkəzi Hakimiyyət və Dürzilər #Dürzilərin Siyasi İddiaları #Dürzi Liderləri #Dürzi İsraillə Münasibətləri #Suriyada Dürzi azlığı #Suriya hökumətində druz və əlavi təmsilçiləri varmı? #İsrailin Suriya daxilində druz və kürdlərlə əlaqələri #Druzların qorunması bəhanəsi #Suriya ordusu və druz icması #İsrail druz siyasəti #Druzların İsrailə münasibəti #Suriyada druz liderləri #Suriyada druz təriqəti #Süveyda druzlar #Suriya druzlarının siyasi mövqeyi #İsrail və druz siyasəti #Suriyada druzların bölünməsi #İsrailin Süveyda müdaxiləsi

Mövzu üzrə digər xəbərlər

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
İran

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi

9 Sentyabr 22:13
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir

9 Sentyabr 21:09
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Digər Xəbərlər

Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib

9 Sentyabr 20:51

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.