10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsrailə raket müdafiə yardımı dayandırılmalıdır - ABŞ

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Respublikaçı Marjorie Taylor Greene İsrailin raketdən müdafiə sistemi üçün ayrılmış 500 milyon dollarlıq maliyyənin ləğv edilməsi ilə bağlı Konqresə təklif təqdim edib.

18 İyul 2025 16:15
İsrailə raket müdafiə yardımı dayandırılmalıdır - ABŞ

BAKI, AzerVoice

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Respublikaçı Marjorie Taylor Greene İsrailin raketdən müdafiə sistemi üçün ayrılmış 500 milyon dollarlıq maliyyənin ləğv edilməsi ilə bağlı Konqresə təklif təqdim edib.

AzerVoice xəbər verir ki, Greene, Nümayəndələr Palatasında 2026-cı il Müdafiə Nazirliyi büdcəsinin müzakirəsi zamanı İsrailə göstərilən yardım üçün ayrılan vəsaitlərin azaldılmasını nəzərdə tutan bir dəyişiklik təklifi irəli sürüb.

ABŞ-ın İsraildə hərbi obyektlərin tikintisi üçün yüz milyonlarla dollarlıq hərbi yardım ayırdığı bildirilir.

ABŞ-ın dövlət borcunun 37 trilyon dolları keçdiyini vurğulayan Greene, buna baxmayaraq federal hökumətin xarici ölkələrə yüz milyardlarla dollarlıq yardım göndərməyə davam etdiyini deyib.

“Təklifim, nüvə silahına sahib olan və özünü müdafiə etmək qabiliyyətini sübut etmiş İsrailin raketdən müdafiə sistemi üçün ayrılmış 500 milyon dollarlıq maliyyəni dayandırmağı nəzərdə tutur.”- deyə Greene bildirib.

ABŞ-ın hər il İsrailə 3,8 milyard dollar xarici yardım göstərdiyini xatırladan Greene, 2024-cü ilin aprelində qəbul edilən əlavə təhlükəsizlik paketi çərçivəsində bu ölkəyə əlavə 8,7 milyard dollar ayrıldığını da qeyd edib.

İsrailin İrana qarşı hücumları ilə başlayan gərginlik dövründə ABŞ-ın Yüksək İrtifa Hava Hücumundan Müdafiə Sistemi (THAAD) raket ehtiyatlarının 15–20 faizinin İsrailin müdafiəsi üçün istifadə edildiyini bildirən Greene, bunun 800 milyon dollardan çox maliyyətə başa gəldiyini vurğulayıb.

Greene həmçinin əlavə edib: “İsrailin Qəzzada Katolik kilsəsini bombaladığını da qeyd etmək istərdim. İsrailin davam etdirdiyi bu aqressiv müharibə nəticəsində bölgədəki bütün əhali demək olar ki, məhv olma təhlükəsi ilə üz-üzədir.”

Məqalədə: #İsrail #ABŞ #İsrail XİN #İsrail ordusu #İsrail zabitləri #İsrailə qarşı boykotlar #İsrailə qarşı etirazlar #İsrail hücumları #Boykot çağırışı

Mövzu üzrə digər xəbərlər

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
İran

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi

9 Sentyabr 22:13
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir

9 Sentyabr 21:09
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Digər Xəbərlər

Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib

9 Sentyabr 20:51

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.