14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Kolumbiya Universiteti bəzi tələbələri Fələstinə dəstək nümayişlərində iştirak etdikləri üçün qovub

ABŞ-da yerləşən Kolumbiya Universiteti ötən il universitetdə keçirilən Fələstinə dəstək aksiyalarında iştirak edən bəzi tələbələrin universitetdən xaric edildiyini və ya müvəqqəti olaraq uzaqlaşdırıldığını bildirib.

23 İyul 2025 11:10
Kolumbiya Universiteti bəzi tələbələri Fələstinə dəstək nümayişlərində iştirak etdikləri üçün qovub

BAKI, AzerVoice

ABŞ-da yerləşən Kolumbiya Universiteti ötən il universitetdə keçirilən Fələstinə dəstək aksiyalarında iştirak edən bəzi tələbələrin universitetdən xaric edildiyini və ya müvəqqəti olaraq uzaqlaşdırıldığını bildirib.

AzerVoice xəbər verir ki, Kolumbiya Universiteti Fələstinə dəstək verən bəzi tələbələri universitetdən qovdu.

Kolumbiya Universiteti, ABŞ hökumətinin tələblərini qəbul edərək universitetin 400 milyon dollarlıq maliyyə vəsaitinin dayandırılmasından sonra, Fələstinə dəstək verən tələbələrə qarşı intizam tədbirlərini açıqlayıb.

Açıqlamada qeyd olunub ki, cəzalandırılan tələbələr 1 ildən 3 ilə qədər dəyişən müddətlərdə universitetdən uzaqlaşdırılıb və ya tamamilə universitetdən xaric edilib. Ancaq neçə tələbənin bu cəzaya məruz qaldığı barədə məlumat verilməyib.

Kolumbiya Universitetinin "Apartheid Divest" adlı tələbə qrupu verdiyi açıqlamada təxminən 80 tələbəyə intizam cəzasının tətbiq edildiyini bildirib.

Qeyd edək ki, Kolumbiya Universitetində Fələstini dəstəkləyən tələbələr, 16 aprel 2024-cü ildə universitetin İsrailin Qəzzada həyata keçirdiyi hücumları və işğalı dəstəkləyən şirkətlərə maliyyə yatırımlarını davam etdirməsini etirazla qarşılamaq üçün kampusun həyətində oturaq aksiya keçirmiş və "Qəzzə ilə Həmrəylik Düşərgəsi" adı altında çadırlar qurmuşdu.

Etirazların ikinci günündə, o zamankı rektor Minouche Shafik-in çağırışı ilə kampusa daxil olan polis qüvvələri 108 tələbəni həbs etmişdi.

Daha sonra, 29 aprel 2024-cü ildə universitet rəhbərliyi ilə aparılan danışıqların nəticəsiz qalması səbəbilə tələbələr universitetin tarixi Hamilton Hall binasına daxil olmuş, bir gün sonra isə universitet rəhbərliyinin çağırışı ilə NYPD-yə bağlı çevik polis qüvvələri binaya müdaxilə edərək binanı boşaltmışdı. Polis onlarca tələbəni həbs etmiş və həyətə qurulan çadır düşərgəsini dağıtmışdı.

Donald Tramp administrasiyası, 7 martda Kolumbiya Universitetinin 400 milyon dollarlıq maliyyəsini "antisemitizmə qarşı mübarizədə yetərsiz olduğu" səbəbiylə ləğv etmişdi.

22 martda isə universitet Trampın tələblərinə əsaslanaraq antisemitizmin tərifinin yenidən gözdən keçiriləcəyini, həmçinin İsrail və Yəhudi Araşdırmaları İnstitutunun heyətinin genişləndiriləcəyini açıqlamışdı.

Kolumbiya Universitetində başlayan Fələstinə dəstək aksiyaları ölkə üzrə 50-dən çox universitetə yayılmış və bu aksiyalar zamanı polis, əksəriyyəti tələbə və universitet əməkdaşı olmaqla 3 min 100-dən çox şəxsi saxlamışdı.

Məqalədə: #Fələstin #ABŞ #Kolumbiya #etirazlar #Kolumbiya Universiteti #fələstin bayrağı #Etiraz aksiyası #Fələstin soyqırımı #Kolumbiya təhsil proqramı #Fələstin tərəfdarı etirazlar

Mövzu üzrə digər xəbərlər

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

13 Sentyabr 19:40
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
İran

İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb

13 Sentyabr 18:27
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

13 Sentyabr 18:03
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Pakistan

Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər

13 Sentyabr 15:22

Son Xəbərlər

Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
13 Sentyabr 21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.