11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Biz heç vaxt İsraili xəritədən silmək istəməmişik - Əraqçi

İranın Xarici Işlər naziri Abbas Əraqçi ABŞ-ın İsrailə verdiyi dəstəyin bölgədə mülki insanların ölümünə səbəb olduğunu bildirib.

23 İyul 2025 16:06
Biz heç vaxt İsraili xəritədən silmək istəməmişik - Əraqçi

BAKI, AzerVoice

İranın Xarici Işlər naziri Abbas Əraqçi ABŞ-ın İsrailə verdiyi dəstəyin bölgədə mülki insanların ölümünə səbəb olduğunu bildirib.

AzerVoice xəbər verir ki, Əraqçi İranın Hizbullah, HƏMAS və Husilərə dəstək verdiyi ilə bağlı ittihamlara cavab verib.

"Bu, amerikalıların və israillilərin etdiyinin eynisidir. ABŞ İsraili Fələstin, Qəzza, İordan çayının qərb sahili, Livan, İran və Yəməndə insanları öldürməsi üçün hər cür müasir silahla təmin edir." - deyə nazir bildirib.

Əraqçi həmçinin qeyd edib ki, İran adıçəkilən qrupları daim siyasi və digər formalarda dəstəkləyib və onların "mübarizəsini həmişə qanuni" hesab edib.

Bu qrupların “İsraili xəritədən silmək” istədikləri barədə fikirlərə münasibət bildirən Əraqçi əlavə edib ki, “Bunu heç vaxt biz deməmişik. Bu onların öz mövqeyidir. Onlar öz vətənləri üçün mübarizə aparırlar və hər şeyi deyə bilərlər. Lakin İranın heç vaxt İsraili xəritədən silmək kimi bir siyasəti olmayıb.”

İranlı nazir vurğulayıb ki, İran HƏMAS, Hizbullah və Husiləri “qanuni tələbləri davam etdiyi müddətdə” dəstəkləməyə davam edəcək.

“Fələstinlilər öz müqəddəratını təyin etmə haqqı uğrunda mübarizə aparırlar. İsrail isə Fələstin torpaqlarını işğal etməklə və fələstinliləri öz torpaqlarında qətlə yetirməklə mənfəət əldə edib.”

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək rütbəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər həlak olub. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas çağırılmasını istəyib.

Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

ABŞ isə münaqişənin gərginləşməsindən doqquz gün sonra – 22 iyun gecəsi İrandakı üç nüvə obyektinə hücum etməklə münaqişəyə qoşulub. 23 iyun axşamı İran ABŞ-ın Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük Amerika bazası olan Əl-Udeyd bazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində itki və ya ciddi dağıntı qeydə alınmayıb.

İyunun 24-də ABŞ prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəsin qüvvəyə mindiyini bəyan edib. İsrail tərəfi də ABŞ-ın atəşkəs təklifini qəbul etdiyini və qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu bildirib.

Məqalədə: #Qəzza zolağı #HƏMAS #Husilər #Hizbullah #Abbas Əraqçi #Qəzza hücumu #Qəzza münaqişəsi #İsrail və Hizbullah müharibəsi #Hizbullahın siyasi strategiyası #Qəzza müharibəsi #Qəzza blokadası #Qəzzada humanitar böhran #Qəzza sakinlərinin köçü #İsrail-İran münaqişəsi #ABŞ-İran münasibətləri #İsrailin İran strategiyası #İran İsrail münasibətləri #İran-İsrail gərginliyi #ABŞ-İran diplomatik münasibətləri #İran və Husilər #Husilərin ideologiyası #ABŞ və İsrailin İran siyasəti #İran-İsrail qarşıdurması #İran İsrail qarşıdurması #İran-İsrail strateji tərəfdaşlıq

Mövzu üzrə digər xəbərlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

21:39
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

21:31
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
İran

Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib

20:45
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
Digər Dövlətlər

ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset

20:41

Son Xəbərlər

Körfəz ölkələri və İran Hörmüzdə müvəqqəti gəmiçilik dəhlizini müzakirə edəcək
Körfəz ölkələri və İran Hörmüzdə müvəqqəti gəmiçilik dəhlizini müzakirə edəcək
22:25
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
21:39
Misirin BRICS ölkələri ilə ticarəti 36,7 milyard dollara çatıb
Misirin BRICS ölkələri ilə ticarəti 36,7 milyard dollara çatıb
21:38
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
21:31
BƏƏ saxlanılan 10 iranlı balıqçını azad edib
BƏƏ saxlanılan 10 iranlı balıqçını azad edib
21:29
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.