6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Kambocada silahlı toqquşmalar səbəbilə 5 min nəfər təxliyə edilib

Kamboca hakimiyyət orqanları, Tailandla sərhəddə yerləşən Oddarmeançey vilayətində baş verən silahlı toqquşmalar səbəbilə, təxminən 5 min nəfəri təxliyə edib.

24 İyul 2025 18:48
Kambocada silahlı toqquşmalar səbəbilə 5 min nəfər təxliyə edilib

BAKI, AzerVoice

Kamboca hakimiyyət orqanları, Tailandla sərhəddə yerləşən Oddarmeançey vilayətində baş verən silahlı toqquşmalar səbəbilə, təxminən 5 min nəfəri təxliyə edib.

AzerVoice xəbər verir ki bu barədə Kamboca hökumətinin nümayəndəsi məlumat verib.

“Biz təxliyə olunanlar üçün uyğun infrastruktur hazırlamışıq və onları əvvəlcədən seçilmiş kənd və icmalara yerləşdirmişik. Həmin ərazilərdə çadırlar, elektrik enerjisi və təmiz su mövcuddur. Ərazidə həmçinin tibb işçiləri də fəaliyyət göstərir” - deyə, məlumatda qeyd olunub.

Sərhəd boyunca yerləşən 12 kənddən olan 1 500 ailə təxliyə edilib.

Tailandın müvəqqəti baş naziri Phumtam Veçayacay bildirib ki, sərhəddə yerləşən Buriram, Surin, Sisaket və Ubon Ratçatxani vilayətlərindəki sakinlərin sərhəddən ən azı 50 km uzaqlaşması barədə göstəriş verilib.

Qeyd edək ki, Kamboca ilə Tailand arasında münasibətlər, may ayında baş vermiş və hər iki ölkənin özünə aid hesab etdiyi mübahisəli ərazidə bir kambocalı əsgərin həlak olması ilə gərginləşmişdi. Sonuncu silahlı toqquşmalar isə mina partlayışı nəticəsində beş tailandlı əsgərin yaralanmasından sonra başlayıb.

Tailandın Səhiyyə Nazirliyi məlumat verib ki, toqquşmalar nəticəsində 11 mülki şəxs və bir hərbçi həlak olub. Kamboca tərəfi ölənlərlə bağlı hələlik rəsmi məlumat verməyib.

Müvəqqəti Baş nazir Veçayacay cümə axşamı günü ölkənin Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb. O, Tailandın yalnız özünümüdafiə çərçivəsində hərəkət etdiyini, əməliyyatların isə sərhəddə vəziyyət sabitləşənədək davam edəcəyini bildirib. Hazırda sərhəddə yeni toqquşmalarla bağlı məlumat yoxdur.

Kamboca baş naziri Hun Manet vətəndaşları tailand vətəndaşlarına, şirkətlərinə və diplomatik nümayəndəliklərinə qarşı təxribatlardan çəkinməyə çağırıb. O həmçinin, Tailanddakı kambocalılara ölkəyə qayıtmağı tövsiyə edib.

Bu arada, Kambocanın sabiq baş naziri Hun Sen Çin Xalq Respublikasına qaçdığı barədə yayılan xəbərləri təkzib edib. O bildirib ki, oğlu Hun Manet, Müdafiə Nazirliyi və ordu komandirləri ilə birgə Tailandla artan gərginlik fonunda fəaliyyətlərini davam etdirir.

Məqalədə: #Kamboca #Kamboca ordusu #Oddarmeançey #sərhəd toqquşmaları #mülki itkilər #Kamboca-Tailand münasibətləri #Phumtam Veçayacay #Kamboca və Tailand arasında sərhəd insidentləri #Oddarmeançeydə təxliyə edilən əhali #Kamboca-Tailand sərhədində silahlı toqquşma #Tailandda mülki itkilər və hərbi cavab #Kamboca ərazisində baş verən mina partlayışı #Tailandın fövqəladə təhlükəsizlik iclası #Asiyada sərhəd gərginliyi və münaqişə #Tailand və Kamboca arasında mübahisəli ərazi #Kamboca əsgərinin ölümü ilə başlayan toqquşmalar #Tailandın hərbi əməliyyatları və təxliyə göstərişləri #Hun Manet

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Yaxın Şərq

Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb

5 Sentyabr 20:34
Qəzzada son sutkada İsrail hücumları nəticəsində azı 6 fələstinli ölüb
Yaxın Şərq

Qəzzada son sutkada İsrail hücumları nəticəsində azı 6 fələstinli ölüb

25 Avqust 17:37
ABŞ-ın hücumları nəticəsində bir ildə neçə mülki şəxs həlak olub?
ArabAZ analitika: Geosiyasi təhlillər

ABŞ-ın hücumları nəticəsində bir ildə neçə mülki şəxs həlak olub?

20 Avqust 06:00

Son Xəbərlər

Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.