4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

HƏMAS beynəlxalq ictimaiyyəti İsrailə təzyiq göstərməyə çağırıb

HƏMAS, beynəlxalq ictimaiyyəti Qəzza zolağında baş verənlər qarşısında səssiz qalmaqda ittiham edərək, mülki əhalinin aclıq və susuzluqdan ölməsinin qarşısını almaq üçün İsrailə təzyiq göstərilməsinə çağırıb.

24 İyul 2025 21:12
HƏMAS beynəlxalq ictimaiyyəti İsrailə təzyiq göstərməyə çağırıb

BAKI, AzerVoice

HƏMAS, beynəlxalq ictimaiyyəti Qəzza zolağında baş verənlər qarşısında səssiz qalmaqda ittiham edərək, mülki əhalinin aclıq və susuzluqdan ölməsinin qarşısını almaq üçün İsrailə təzyiq göstərilməsinə çağırıb.

AzerVoice xəbər verir ki, bu barədə HƏMAS-ın yaydığı açıqlamada bildirilib.

“Qəzza zolağında son 5 ayda Fələstin xalqına qarşı intensivləşdirilən aclıq siyasəti, müharibə cinayətkarı İsrail Baş naziri Benyamin Netanyahunun hökumətinin əməllərini susqunluqla izləyən beynəlxalq ictimaiyyətin üzərində bir utanc ləkəsidir” - deyə, açıqlamada qeyd olunub.

Avropa İttifaqı və digər Qərb ölkələrinə ünvanlanan çağırışda İsrailə qarşı təsirli siyasi addımlar atmaq, hərbi əməkdaşlığı yenidən nəzərdən keçirmək, mülki şəxsləri hədəf almaqda istifadə olunan silahların tədarükünü dayandırmaq və aclığı kütləvi qətl vasitəsinə çevirdiyi üçün İsraili məsuliyyətə cəlb etmək tələb olunub.

Həmçinin, BMT və beynəlxalq ictimaiyyətdən Qəzzaya şərtsiz və maneəsiz humanitar yardım girişinin təmin olunması üçün İsrailə təzyiq göstərilməsi istənilib.

Bundan əlavə, HƏMAS, ABŞ hökumətini İsrailin hərbi və siyasi cəhətdən himayə olunmasına görə Qəzzadakı soyqırıma şərik olmaqda ittiham edib.

“ABŞ-ın İsrailə dəstəyinin davam etməsi onu müasir tarixdə ən iyrənc cinayətə ortaq edir” - deyə, açıqlamada vurğulanıb.

Qeyd edək ki, Qəzza zolağı İsrailin hücumları və humanitar yardımın girişini məhdudlaşdıran sərt mühasirəsi altında ciddi bir humanitar fəlakət yaşayır. Su, dərman, tibbi ləvazimat və gigiyena vasitələrinin çatışmazlığı fonunda aclıq yayılır və ölüm halları artır. Ən çox təsirə məruz qalanlar isə uşaqlardır. Bu günə qədər 81-i uşaq olmaqla azı 113 fələstinli aclıqdan həyatını itirib.

Həmçinin qeyd edək ki, İsrailin 2023-cü il oktyabrın 7-dən bəri Qəzza zolağına həyata keçirdiyi hücumlarda azı 59 587 fələstinli həlak olub, 143 498 nəfər yaralanıb. İsrail ordusu mülki infrastrukturu məhv edərək Qəzzanın 88 faizini dağıdıb, sürgün əmrləri ilə milyonlarla fələstinlini yerlərindən edib və onların sığındığı bölgələri mütəmadi olaraq hədəfə alır. İsrail ordusu gündəlik həyata keçirdiyi hücumlarla məcburi köçkünlərin çadırlarını və sığındıqları mülki məntəqələri bombalamağa davam edir.

Məqalədə: #Qəzza #İsrail #Qəzza zolağı #ABŞ #HƏMAS #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Ərəb dövlətləri və Qəzza #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Donald Tramp və Qəzza planı #Qəzza sakinlərinin köçü #Qəzza və Livanda AI texnologiyaları #Qəzzada müharibədən sonrakı vəziyyət #Hizbullah və Qəzza həmrəyliyi #Qəzza böhranı və Qərbin mövqeyi #HƏMAS İsrail münaqişəsi #İsrail hökuməti HƏMAS hücumuna niyə hazır deyildi? #HƏMAS və İsrail münaqişəsi #HƏMAS və İsrail #İsrail və HƏMAS qarşıdurması #Beynəlxalq ictimaiyyət #İsrail-HƏMAS müharibəsi və Yəmən reaksiyası #Qəzza humanitar böhranı #İsrail-HƏMAS danışıqları #HƏMAS və İsrail arasında müharibə #İsrail HƏMAS liderlərini necə öldürdü #Qəzza aclıq #İsrail mühasirəsi #uşaqlar aclıqdan ölür #BMT Qəzza #ABŞ İsrail dəstəyi #Qəzza müharibə cinayətləri #Fələstin ölənlərin sayı

Mövzu üzrə digər xəbərlər

İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
Yaxın Şərq

İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb

17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Digər Dövlətlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb

17:41
İran və İordaniya arasında diplomatik gərginlik artır
İordaniya

İran və İordaniya arasında diplomatik gərginlik artır

17:14
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45

Son Xəbərlər

İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
17:33
İran və İordaniya arasında diplomatik gərginlik artır
İran və İordaniya arasında diplomatik gərginlik artır
17:14
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.