Qəzzada atəşkəs dəfələrlə pozulub, lakin hələ də qüvvədədir- Quttereş
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Qəzzadaki kövrək atəşkəsin dəfələrlə pozulmasına baxmayaraq, hələ də qüvvədə olduğunu bildirərək ikinci mərhələ danışıqları üçün yolun açılmasına çağırış edib. Quterreş bu fikirləri Nyu-Yorkdakı BMT Baş Qərargahında Afrika İttifaqı ilə BMT arasında keçirilən yüksək səviyyəli görüşdən sonra Afrika İttifaqı Komissiyasının sədri Mahmud Ali Yussuf ilə birgə mətbuat konfransında səsləndirib.
UEFA, İsrailin beynəlxalq futboldan kənarlaşdırılması məsələsini müzakirə edəcək
UEFA-nın iclasında İsrailin üzvlüyünün dayandırılması ilə bağlı qərar qəbul edilərsə, ölkə 2026 FIFA Dünya Kuboku seçmə mərhələsinə qatıla bilməyəcək. Bu halda FIFA üzərində də İsrailin beynəlxalq yarışlardan kənarlaşdırılması istiqamətində təzyiqlərin artacağı gözlənilir.
HƏMAS beynəlxalq ictimaiyyəti İsrailə təzyiq göstərməyə çağırıb
HƏMAS, beynəlxalq ictimaiyyəti Qəzza zolağında baş verənlər qarşısında səssiz qalmaqda ittiham edərək, mülki əhalinin aclıq və susuzluqdan ölməsinin qarşısını almaq üçün İsrailə təzyiq göstərilməsinə çağırıb.