9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

UEFA, İsrailin beynəlxalq futboldan kənarlaşdırılması məsələsini müzakirə edəcək

UEFA-nın iclasında İsrailin üzvlüyünün dayandırılması ilə bağlı qərar qəbul edilərsə, ölkə 2026 FIFA Dünya Kuboku seçmə mərhələsinə qatıla bilməyəcək. Bu halda FIFA üzərində də İsrailin beynəlxalq yarışlardan kənarlaşdırılması istiqamətində təzyiqlərin artacağı gözlənilir.

26 Sentyabr 2025 13:29
UEFA, İsrailin beynəlxalq futboldan kənarlaşdırılması məsələsini müzakirə edəcək

BAKI,AzerVoice, Fərid Mikayılov

Avropa futbolunun ali qurumu UEFA, BMT Təhqiqat Komissiyasının İsrailin Qəzzada soyqırım törətdiyi barədə hesabatından sonra gələn həftə fövqəladə iclas keçirəcək.

AzerVoice xəbər verir ki, İcraiyyə Komitəsinin böyük əksəriyyəti İsrailin üzvlüyünün dayandırılmasının tərəfdarıdır.

UEFA-nın iclasında İsrailin üzvlüyünün dayandırılması ilə bağlı qərar qəbul edilərsə, ölkə 2026 FIFA Dünya Kuboku seçmə mərhələsinə qatıla bilməyəcək. Bu halda FIFA üzərində də İsrailin beynəlxalq yarışlardan kənarlaşdırılması istiqamətində təzyiqlərin artacağı gözlənilir.

BMT İnsan Haqları Ofisi bu həftə həm FIFA-ya, həm də UEFA-ya müraciət edərək, İsrailin beynəlxalq futboldan kənarlaşdırılmasını “Qəzzada davam edən soyqırıma cavab olaraq atılmalı olan zəruri addım” adlandırıb. BMT ekspertləri vurğulayıblar ki, idman “hər şey normal imiş” kimi görünməməli və ciddi insan haqları pozuntularına yol verən dövlətlərin milli komandaları turnirlərdən kənarlaşdırılmalıdır.

İsrail hazırda 2026 Dünya Kuboku Avropa seçmələrinin I qrupunda Norveç və İtaliyanın ardından üçüncü sırada qərarlaşıb. Komanda 11 oktyabrda Osloda Norveçlə, 14 oktyabrda isə İtaliya ilə səfər matçına çıxacaq. Norveç Futbol Federasiyası İsraillə keçiriləcək oyundan əldə ediləcək gəliri “Sərhədsiz Həkimlər” təşkilatına bağışlayacağını açıqlayıb.

Avropa kuboklarında mübarizə aparan yeganə İsrail klubu “Makkabi Tel-Əviv”dir. Yunanıstanın PAOK komandası ilə keçirilən görüşdə (0:0) ev sahibi komandanın azarkeşləri “Soyqırımı dayandırın” və “İsrailə qırmızı kart” yazılı pankartlar nümayiş etdiriblər. Matçdan əvvəl isə minlərlə azarkeşin imzaladığı və “Soyqırım təmsilçiləri ilə ədalətli oyun ola bilməz” ifadəsinin yer aldığı müraciət UEFA-ya təqdim olunub.

Məqalədə: #İsrail #Qəzza zolağı #BMT #FİFA #İtaliya #Yunanıstan #UEFA #Norveç #BMT Qəzza #Makkabi Tel-Əviv #PAOK

Mövzu üzrə digər xəbərlər

“Əl-İttihad” kino və televiziya sektoruna daxil olur
ArabSport

“Əl-İttihad” kino və televiziya sektoruna daxil olur

8 Sentyabr 19:51
Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
ArabSport

Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu

7 Sentyabr 20:39
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
ArabSport

Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb

7 Sentyabr 10:38
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
ArabSport

Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb

7 Sentyabr 10:03

Son Xəbərlər

Yəmən husi terrorçularından təmizlənir
Yəmən husi terrorçularından təmizlənir
07:32
Məhəmməd bin Salman kral ailəsini və nazirləri bir araya toplayıb
Məhəmməd bin Salman kral ailəsini və nazirləri bir araya toplayıb
07:24
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.