11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Fələstin dövləti reallıqda mövcud olmadan tanınmamalıdır - Meloni

Fələstin dövləti reallıqda mövcud olmadan tanınmamalıdır. Meloni bu fikirləri İtaliyanın nüfuzlu "La Repubblica" qəzetinə verdiyi müsahibəsində səsləndirib.

26 İyul 2025 16:09
Fələstin dövləti reallıqda mövcud olmadan tanınmamalıdır - Meloni

BAKI, AzerVoice

Fələstin dövləti reallıqda mövcud olmadan tanınmamalıdır.

AzerVoice xəbər verir ki, Meloni bu fikirləri İtaliyanın nüfuzlu "La Repubblica" qəzetinə verdiyi müsahibəsində səsləndirib.

Baş nazirin sözlərinə görə, Fələstin Dövlətinin yalnız kağız üzərində tanınması, problemi həll olunmuş kimi göstərsə də, əslində reallıqda heç nəyi dəyişmir.

"Bunu dəfələrlə parlamentdə, Fələstin rəhbərliyinə və Prezident Emmanuel Makrona da bildirmişəm", – deyə o vurğulayıb. Meloni əlavə edib ki, o, Fələstin Dövlətinin tərəfdarıdır, lakin bu dövlətin yaradılması prosesi başlamadan onun tanınması ilə razı deyil.

Meloninin bu açıqlamaları İtaliya müxalifəti tərəfindən sərt tənqid olunub. 5 Ulduz Hərəkatının lideri Giuseppe Conte, sosial şəbəkə hesabında yayımladığı bəyanatda Baş naziri “Filistinlilərin dövlət olaraq tanınmasına qarşı çıxmaqda” və “İsrailin məskunlaşdırma siyasətinə göz yummaqda” ittiham edib. O, bu yanaşmanı "İsrail hökumətinin sistematik olaraq Fələstin torpaqlarını yox etməsinə verilmiş susqun dəstək" adlandırıb.

Conte həmçinin bildirib ki, 60 min insanın, o cümlədən 20 min uşağın həyatını itirdiyi bir münaqişə fonunda, “insanlıq duyğusu siyasətdən öncə gəlməlidir”.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron sentyabr ayında keçiriləcək BMT Baş Assambleyasının sessiyasında ölkəsinin Fələstin dövlətini rəsmi şəkildə tanıyacağını bəyan edib.

Makron bu barədə iyulun 25-də X sosial şəbəkəsində paylaşım edərək, Fransanın Yaxın Şərqdə davamlı və ədalətli sülhə sadiqliyini bir daha vurğulayıb.

“Fələstin dövlətinin qurulması, onun yaşamaq qabiliyyətinin təmin edilməsi və demilitarizasiyanı qəbul edərək İsraili tanıması regionda təhlükəsizlik üçün əsas şərtdir. Bu məsələdə alternativ yoxdur,” – deyə Makron bildirib.

O, həmçinin qeyd edib ki, münaqişənin dayandırılması üçün dərhal atəşkəsə, bütün girovların azad olunmasına və Qəzza zolağına genişmiqyaslı humanitar yardımın göstərilməsinə ehtiyac var. Prezident, qərarını təsdiqləyən rəsmi məktubu Fələstin Muxtariyyətinin Prezidenti Mahmud Abbasa da təqdim edib.

Fransa liderinin bəyanatı Fələstin rəsmiləri tərəfindən alqışlanıb. Fələstin rəhbərliyinin yüksək vəzifəli nümayəndəsi Hüseyn əl-Şeyx bildirib ki, bu mövqe Fransanın beynəlxalq hüquqa və fələstinlilərin öz müqəddəratını təyinetmə hüququna sadiqliyini nümayiş etdirir.

HƏMAS da Fransanın addımını “müsbət və doğru istiqamətli bir qərar” kimi qiymətləndirərək digər ölkələri də bu yolu izləməyə çağırıb.

İsrail isə Fransa rəhbərliyinin bu mövqeyinə kəskin etiraz edib.

“7 oktyabr terror hücumundan sonra Fələstin dövlətinin tanınması terrora mükafat verməkdir”- deyə Netanyahu bildirib.

O əlavə edib ki, “indiki şəraitdə tanınacaq bir Fələstin dövləti İsrailin məhvini hədəfləyən tramplin ola bilər”.

ABŞ dövlət katibi Marko Rubio da Fransa qərarını “məsuliyyətsiz və təhlükəli” adlandıraraq rəsmi Vaşinqtonun bu yanaşmanı qəti şəkildə rədd etdiyini bildirib.

Böyük Britaniyanın Baş naziri Kir Starmer isə qərarla bağlı Fransa və Almaniya liderləri ilə fövqəladə məsləhətləşmə aparacağını deyib. O, bildirib ki, fələstinlilərin dövlət qurmaq hüququ toxunulmazdır və atəşkəs bu istiqamətdə irəliləyiş üçün imkan yarada bilər.

Məqalədə: #Fələstin #Qəzza zolağı #Giorgia Meloni #Emmanuel Makron #Qəzza hücumu #Fələstinli məhbuslar #Qəzza müharibəsi #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Fələstin məsələsi #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #İsrail və Fələstin münaqişəsi 2025 #Makron vasitəçilik

Mövzu üzrə digər xəbərlər

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH

10 Sentyabr 21:28
Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
İran

Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib

10 Sentyabr 20:10
Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
Digər Xəbərlər

Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib

10 Sentyabr 19:41
Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir
Digər Dövlətlər

Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir

10 Sentyabr 19:35

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.