11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Almaniya Ukraynaya üç ədəd "Patriot" HHM sistemi təhvil verib

Almaniya Ukraynaya üç ədəd "Patriot" hava hücumundan müdafiə (HHM) sistemi təhvil verib və əlavə sistemlərin tədarükü və əvəzləyici texnikanın əldə olunması ilə bağlı ABŞ-la danışıqlar aparır.

26 İyul 2025 22:03
Almaniya Ukraynaya üç ədəd "Patriot" HHM sistemi təhvil verib

BAKI, AzerVoice

Almaniya Ukraynaya üç ədəd "Patriot" hava hücumundan müdafiə (HHM) sistemi təhvil verib və əlavə sistemlərin tədarükü və əvəzləyici texnikanın əldə olunması ilə bağlı ABŞ-la danışıqlar aparır.

AzerVoice xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti rəsmi mənbələrə istinadən məlumat yayıb.

“Berlin artıq Ukraynaya üç Patriot sistemi verib və Vaşinqtonla əlavə sistemlərin tədarükü və əvəzlənməsi barədə danışıqlar aparır” - deyə, məlumatda qeyd olunub.

Həmçinin bildirilib ki, digər tədarüklər arasında radar sistemləri, radioelektron mübarizə vasitələri, pilotsuz uçuş aparatlarına qarşı texnologiyalar və artilleriya sistemləri də ola bilər.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 14 iyul tarixində Avropanın bu tədarükləri maliyyələşdirəcəyi təqdirdə, Vaşinqtonun Kiyevə silah və hərbi texnika göndərməyə davam edəcəyini bəyan etmişdi.

Nəşr yazır ki, bir "Patriot" batareyasının dəyəri 1 milyard dolları keçə bilər, hər bir raketin qiyməti isə təxminən 4 milyon dollardır.

Məqalədə: #Almaniya #ABŞ #Donald Tramp #Ukrayna #Vaşinqton #hərbi yardım #silah tədarükü #ABŞ-ın Ukraynaya hərbi yardımı #hava hücumundan müdafiə sistemi #danışıqlar #Patriot hava hücumundan müdafiə sistemi

Mövzu üzrə digər xəbərlər

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH

10 Sentyabr 21:28
Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
İran

Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib

10 Sentyabr 20:10
Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
Digər Xəbərlər

Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib

10 Sentyabr 19:41
Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir
Digər Dövlətlər

Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir

10 Sentyabr 19:35

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.