9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsrailin Qəzzaya havadan humanitar yardım endirməsi aldadıcı addımdır - HƏMAS

İsrailin Qəzzanın bəzi bölgələrinə humanitar yardımın havadan endirməsi aldadıcı bir addımdır.

27 İyul 2025 13:21
İsrailin Qəzzaya havadan humanitar yardım endirməsi aldadıcı addımdır - HƏMAS

BAKI, AzerVoice

İsrailin Qəzzanın bəzi bölgələrinə humanitar yardımın havadan endirməsi aldadıcı bir addımdır.

AzerVoice xəbər verir ki, bu sözlər HƏMAS-ın verdiyi bəyanatda yer alıb.

"İsrailin Qəzzanın bəzi bölgələrinə havadan yardım endirməsi yalnız formal və aldatıcı bir addımdır. Məqsəd beynəlxalq ictimaiyyətin gözünü aldatmaq, özünü daha yaxşı göstərmək və Fələstin xalqının mühasirədən çıxmaq hüququ, eləcə də beynəlxalq ictimaiyyətin və azad xalqların aclıq siyasətinin dayandırılması tələblərini boğmaqdır” - deyə, bəyanatda qeyd olunub.

Bəyanatda həmçinin vurğulanıb ki, Qəzza zolağına təcili şəkildə ərzaq, dərman və humanitar yardımın çatdırılması qanuni bir hüquqdur. HƏMAS, İsrailin havadan yardım endirmə planını "aclıq siyasətinin idarə edilməsi" kimi dəyərləndirib.

“İşğalçının (İsrailin - red.) havadan yardım endirmə və tək tərəfli ‘humanitar dəhlizləri’ nəzarətdə saxlamaq planı, aclıq siyasətini bitirmək deyil, onu idarə etmək niyyəti daşıyır. Qəzza zolağında bu vəhşi aclıq cinayətinə son qoymağın yeganə yolu hücumların dayandırılması, tətbiq edilən cinayətkar mühasirənin tam şəkildə qaldırılması, humanitar yardımın tam və davamlı şəkildə quru keçidlər vasitəsilə daxil olmasının təmin olunması və BMT tərəfindən tanınmış mexanizmlərlə vətəndaşlara çatdırılmasının təmin edilməsidir” - deyə, bəyanatda bildirilib.

HƏMAS son olaraq vurğulayıb ki, İsrailin Baş naziri Benyamin Netanyahunun başçılıq etdiyi hökümət, atdığı atdımlarla minlərlə insanın ölümünə və yaralanmasına səbəb olub.

“Müharibə canisi Netanyahu hökumətinin yardımlar üzərində qeyri-insani nəzarət və aclığın idarə olunması ilə bağlı atdığı addımlar, nəticədə mindən çox insanın ölümünə və 6 minə yaxın insanın yaralanmasına səbəb olub” - deyə, bəyanatda qeyd olunub.

Qeyd edək ki, İsrailin 2023-cü il oktyabrın 7-dən bəri davam edən hücumları, intensiv bombardmanlar və blokada nəticəsində Qəzzada ağır humanitar fəlakət yaşanır. Beynəlxalq ictimaiyyətin və BMT-nin atəşkəs çağırışlarına baxmayaraq, vəziyyət pisləşməkdədir.

Məqalədə: #Qəzza #İsrail #Qəzza zolağı #HƏMAS #humanitar yardım #humanitar böhran #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzza sakinlərinin köçü #Qəzzanın bərpası 2025

Mövzu üzrə digər xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
Digər Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa

11:20
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

8 Sentyabr 21:54
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan

Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb

8 Sentyabr 21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25

Son Xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
12:45
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
12:34
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
12:12
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
12:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.