8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İran Nüvə Silahının Yayılmamasına dair Sazişdən çıxa bilər

İran parlamenti, BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaların bərpasını nəzərdə tutan “snapback” mexanizmini işə salacağı təqdirdə, ölkənin Nüvə Silahlarının Yayılmamasına dair Sazişdən (NPT) çıxmasını 24 saat ərzində təsdiqləməyə hazırdır.

27 İyul 2025 16:59
İran Nüvə Silahının Yayılmamasına dair Sazişdən çıxa bilər

BAKI, AzerVoice

İran parlamenti, BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaların bərpasını nəzərdə tutan “snapback” mexanizmini işə salacağı təqdirdə, ölkənin Nüvə Silahlarının Yayılmamasına dair Sazişdən (NPT) çıxmasını 24 saat ərzində təsdiqləməyə hazırdır.

AzerVoice xəbər verir ki, bu barədə İran parlamentinin deputatı Mənüçöhr Mottaki bildirib.

“Bir qrup deputat İranın NPT-dən çıxması ilə bağlı qanun layihəsini parlamentin hüquqi sistemində qeydiyyatdan keçirib və əgər Avropa tərəfi düşünülməmiş addımlar ataraq İrana qarşı yeni təzyiq alətlərini işə salarsa, bu layihə 24 saat ərzində təsdiqlənəcək” - deyə, o qeyd edib.

Mottaki əlavə edib ki, ABŞ və Avropa İrana təzyiq yolu ilə uranın zənginləşdirilməsi sahəsindəki qanuni hüququndan imtina etdirməyi bacaracaqlarını düşünməməlidirlər. Onun fikrincə, İran diplomatları avropalılarla danışıqlarda hədsiz həvəs göstərməməlidir, çünki “onlar son 22 ildə etibarsızlıqlarını və bacarıqsızlıqlarını sübut ediblər”.

Qeyd edək ki, 25 iyul tarixində İstanbulda 12 günlük İran-İsrail müharibəsindən sonra ilk dəfə olaraq İranla “Avropa üçlüyü” (Böyük Britaniya, Almaniya və Fransa) arasında Tehranın nüvə proqramı ilə bağlı böhranın həlli məqsədilə xarici işlər nazir müavinləri səviyyəsində danışıqlar baş tutub. Görüşdən sonra tərəflər məsləhətləşmələrin davam etdiriləcəyini bildiriblər. İran Xarici İşlər Nazirinin müavini Kazım Qəribabadi görüşü “əhatəli və səmimi” olaraq qiymətləndirib.

Xatırladaq ki, ABŞ və “Avropa üçlüyü” İranla nüvə sazişinin bağlanması üçün avqustun sonunu son tarix kimi müəyyən ediblər. Əgər bu müddətədək razılaşma əldə olunmasa, Böyük Britaniya, Almaniya və Fransa Tehrana qarşı sanksiyaların bərpası mexanizmindən istifadə etməyi planlaşdırırlar.

Məqalədə: #İsrail #İran #Almaniya #Avropa #ABŞ #Fransa #Böyük Britaniya #saziş #nüvə silahı #nüvə proqramı #İranın nüvə proqramı #İran nüvə proqramı #İran Xarici İşlər Nazirliyi #Avropa üçlüyü və İran #İranın nüvə silahlanma ehtimalı #İranın nüvə proqramı və beynəlxalq reaksiyalar #Avropa ölkələri #Nüvə proqramları #İranın nüvə proqramı 2025 #İran parlamenti #İran nüvə silahı #İranın nüvə silahı var #Nüvə silahlarının yayılması #İranın nüvə silahı təhlükəsi #Nüvə silahlarının yayılmaması #Nüvə silahlarının regional təhlükəsi #Kazim Qəribabadi #Avropa üçlüyü danışıqları #Snapback #Mənüçöhr Mottaki

Mövzu üzrə digər xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

21:25
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib
İran

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib

21:07
Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
Digər Dövlətlər

Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub

20:18
ABŞ Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı sanksiyalarına qoşulmayacaq - Marko Rubio
Digər Dövlətlər

ABŞ Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı sanksiyalarına qoşulmayacaq - Marko Rubio

19:34

Son Xəbərlər

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər
Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər
21:14
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib
21:07
Misir Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı sanksiyalarını alqışlayıb
Misir Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı sanksiyalarını alqışlayıb
21:04
İordaniya kralı Norveç kralının dəfn mərasimində iştirak edəcək
İordaniya kralı Norveç kralının dəfn mərasimində iştirak edəcək
20:55
Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
20:18
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.