9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Wipha qasırğası Tayland və Laosa ciddi zərər vurub

Cənub-Şərqi Asiyada təsirini göstərən Wipha qasırğası Tayland və Laosda daşqınlar, torpaq sürüşmələri və humanitar fəlakətlə nəticələndi. Təbii fəlakət nəticəsində hər iki ölkədə ümumilikdə 11 nəfər həlak olub, yüzlərlə insan yaralanıb və minlərlə ev zərər görüb.

30 İyul 2025 17:35
Baku
Wipha qasırğası Tayland və Laosa ciddi zərər vurub

BAKI, AzerVoice

Cənub-Şərqi Asiyada təsirini göstərən Wipha qasırğası Tayland və Laosda daşqınlar, torpaq sürüşmələri və humanitar fəlakətlə nəticələndi. Təbii fəlakət nəticəsində hər iki ölkədə ümumilikdə 11 nəfər həlak olub, yüzlərlə insan yaralanıb və minlərlə ev zərər görüb.

AzerVoice xəbər verir ki, bu barədə Tayland Fəlakətlərin Qarşısının Alınması və Müdaxilə Departamenti (DDPM) məlumat yayıb.

Məlumata görə, Wipha qasırğasının təsiri ilə ölkənin 33 əyalətində daşqınlar və torpaq sürüşmələri baş verib. Fırtınanın ən çox şimal bölgələrdə təsirli olduğu qeyd edilir.

Təcili tibbi yardımlar və xilasetmə tədbirləri davam edir. Rəsmi məlumatlara əsasən, ən azı 7 nəfər həyatını itirib, 143 nəfər isə yaralanıb. Daşqınlar nəticəsində 43 səhiyyə müəssisəsi zərər çəkib, lakin mobil qruplar vasitəsilə yardım fasiləsiz davam etdirilir.

Tayland Kral Ordusu fəlakət bölgələrinə qayıqlar, tikinti texnikası və dronlarla yardım çatdırır. Hərbi briqadalar sığınacaqlara çata bilməyən ailələrə səyyar tibbi xidmət göstərirlər.

Tayland Meteorologiya İdarəsi yaxın günlərdə yağışların zəifləyəcəyini bildirsə də, dağlıq bölgələrdə torpaq sürüşməsi təhlükəsinin hələ də davam etdiyini açıqlayıb.

Wipha fırtınasından təsirlənən digər ölkə Laos olub. Hökumət rəsmisi Vongkham Phanthanuovong-un verdiyi açıqlamaya görə, 34 şəhər və 262 kənddə təxminən 15 min ailə fəlakətdən zərər çəkib. 4 nəfər həyatını itirib, 4 nəfər isə itkin düşüb. Ümumilikdə 2000-dən çox ev zərər görüb, 183 ev tamamilə dağılıb.

Hazırda hər iki ölkədə humanitar yardım və bərpa işləri davam etdirilir. Əhali təhlükəsizlik məqsədilə sığınacaqlara köçürülür, hökumətlər beynəlxalq yardım çağırışları edirlər.

Məqalədə: #Laos #Tayland #təxliyə #Cənub-Şərqi Asiya #təxliyə əmri #qasırğa

Mövzu üzrə digər xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
Digər Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa

11:20
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

8 Sentyabr 21:54
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan

Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb

8 Sentyabr 21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25

Son Xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
12:45
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
12:34
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
12:12
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
12:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.