10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Çin ABŞ-dan neft alışını dayandırıb

Çin 2025-ci ilin iyun ayında son üç il ərzində ilk dəfə olaraq ABŞ-dan xam neft idxalını sıfıra endirib.

31 İyul 2025 12:27
Çin ABŞ-dan neft alışını dayandırıb

BAKI, AzerVoice

Çin 2025-ci ilin iyun ayında son üç il ərzində ilk dəfə olaraq ABŞ-dan xam neft idxalını sıfıra endirib.

AzerVoice xəbər verir ki, statistikaya əsasən, may ayında ABŞ-dan Çinə ixrac olunan neftin dəyəri 72,8 milyon dollar təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 4,2 dəfə azalma deməkdir.

Yanvarda bu rəqəm 461,5 milyon dollar, dekabrda isə 513 milyon dollar olub. İlin ilk yarısında ABŞ-dan Çinə ümumi neft ixracı 1,33 milyard dollara bərabər olub ki, bu da ötən illə müqayisədə 2,1 dəfə azalma deməkdir.

Eyni zamanda Çin digər tədarükçülərdən neft alışını əhəmiyyətli dərəcədə artırıb. İyun ayında Səudiyyə Ərəbistanından neft idxalı 36 faiz artaraq 3,87 milyard dollara, Malayziyadan idxal 52 faiz artımla 3,4 milyard dollara, BƏƏ-dən idxal 18 faiz artaraq 1,38 milyard dollara, Küveytdən isə 15 faiz artımla 732 milyon dollara çatıb.

Rusiya isə iyun ayında 3,95 milyard dollarlıq tədarüklə Çinin ən böyük neft ixracatçısı mövqeyində qalmağı bacarıb.

Analitiklərin fikrincə, Çin ABŞ-dan idxalı daha sərfəli şərtlərlə neft təqdim edən ənənəvi partnyorları – Rusiya və Səudiyyə Ərəbistanı ilə əvəzləyir.

Vaşinqtonun Rusiya ilə ticarət əlaqələri olan tərəfdaşlara əlavə tarif tətbiq edəcəyi ilə bağlı verdiyi təhdidlər fonunda Çin Xarici İşlər Nazirliyi bildirib ki, ölkənin enerji təhlükəsizliyi sahəsində prioritetləri öz milli maraqlarına əsaslanır.

Çin lideri Si Cinpin də çıxışlarında dəfələrlə vurğulayıb ki, enerji təhlükəsizliyi Çin üçün strateji əhəmiyyət daşıyır və bu sahədə siyasət ölkənin suveren maraqlarına əsaslanmalıdır.

Məqalədə: #Küveyt #BƏƏ #Rusiya #Səudiyyə Ərəbistanı #ABŞ #Moskva #Malatya #Çin #Vaşinqton #Pekin #Çin və ABŞ ticarət münasibətləri #ABŞ və Çin arasında geostrateji rəqabət #ABŞ-Çin ticarət müharibəsi #Çin və Rusiya əməkdaşlığı

Mövzu üzrə digər xəbərlər

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH

21:28
Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
İran

Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib

20:10
Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
Digər Xəbərlər

Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib

19:41
Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir
Digər Dövlətlər

Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir

19:35

Son Xəbərlər

2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
21:41
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
21:28
Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
21:25
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.