10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Finlandiya Fələstin dövlətini tanımağa hazırdır - Stubb

Finlandiya Prezidenti Aleksandr Stubb bildirib ki, əgər hökumət Fələstin dövlətinin tanınması ilə bağlı təklif irəli sürərsə, o, bu təşəbbüsü dəstəkləməyə hazırdır.

1 Avqust 2025 18:45
Finlandiya Fələstin dövlətini tanımağa hazırdır - Stubb

BAKI, AzerVoice, Səməd Əyyubov

Finlandiya Prezidenti Aleksandr Stubb bildirib ki, əgər hökumət Fələstin dövlətinin tanınması ilə bağlı təklif irəli sürərsə, o, bu təşəbbüsü dəstəkləməyə hazırdır.

AzerVoice xəbər verir ki, bu barədə Stubb, "X" sosial şəbəkə hesabında yazıb.

“Həm israillilər, həm də fələstinlilər uzun müddətdir böyük əzab çəkirlər. sraildə zorakılıq təhlükəsi real olaraq qalır. Bir çox terror təşkilatları, dövlətlər və HƏMAS hələ də İsrailin mövcudluğunu tanımır. Eyni zamanda, Qəzzadakı humanitar vəziyyət dözülməz həddə çatıb. Uşaqlar ərzaq çatışmazlığı səbəbindən aclıqdan ölür, yemək axtaran mülki insanlar atəşə tutulur. Uzunmüddətli və dayanıqlı sülh üçün iki dövlət prinsipinə əsaslanan həll yolu vacibdir” - deyə, Stubb vurğulayıb.

“Əgər Finlandiya Fələstini tanıyarsa, bu addımımızla sülhü təşviq etmiş olarıq. Eyni zamanda İsraili hələ tanımayan ərəb ölkələrinin də İsraili tanıması vacibdir” - deyə, o əlavə edib.

O qeyd edib ki, Fələstin dövlətinin tanınması hökumətin təqdim edəcəyi təklif əsasında baş verə bilər.

“Bir dövlətin tanınması prezidentin qərarıdır, lakin bu, hökumətin təqdim edəcəyi təklif əsasında baş verir. Əgər Fələstin dövlətinin tanınmasına dair təklif verilərsə, mən onu qəbul etməyə hazıram. Bu təklifi edib-etməmək isə hökumətin qərarıdır. Finlandiya cəmiyyətində bu məsələ ilə bağlı fərqli fikirlərin və narahatlıqların olduğunu anlayıram. Fələstin də daxil olmaqla xarici siyasət məsələlərində açıq, dürüst və obyektiv müzakirələri təşviq etmək istəyirəm” - deyə, o bildirib.

Qeyd edək ki, Finlandiyada ifrat sağçı Fin Partiyası və Xristian Demokratlar Fələstin dövlətinin tanınmasına qarşı çıxırlar. Fransa, Kanada və digər bir neçə ölkə isə sentyabr ayında keçiriləcək BMT-nin 80-ci Baş Assambleyasında Fələstini dövlət kimi tanıyacaqlarını bəyan ediblər.

Məqalədə: #Fələstin #Finlandiya #Aleksandr Stubb #Fələstin dövlətinin tanınması #Fransa Fələstini tanıyır #BMT Baş Assambleyası Fələstin tanınması #Fransa Fələstini tanıyan ilk Qərb ölkəsi #G7 və Fələstin tanınması #Fələstin tanınması #Fransa Fələstin #Britaniya Fələstin

Mövzu üzrə digər xəbərlər

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
İran

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi

9 Sentyabr 22:13
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir

9 Sentyabr 21:09
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Digər Xəbərlər

Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib

9 Sentyabr 20:51

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.