5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsrailin Suriyaya müdaxiləsi bölgədə sabitliyə töhfə vermir - Barrak

ABŞ-ın Türkiyədəki səfiri və eyni zamanda ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi olan Tomas Barrak, İsrailin Suriyadakı müdaxiləsinin ölkədə sabitliyi təmin etmədiyini bildirib. Bu barədə Barrak, ABŞ Dövlət Departamentində keçirilən mətbuat brifinqində jurnalistlərin suallarını cavablandırarkən deyib.

1 Avqust 2025 19:26
İsrailin Suriyaya müdaxiləsi bölgədə sabitliyə töhfə vermir - Barrak

BAKI, AzerVoice, Səməd Əyyubov

ABŞ-ın Türkiyədəki səfiri və eyni zamanda ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi olan Tomas Barrak, İsrailin Suriyadakı müdaxiləsinin ölkədə sabitliyi təmin etmədiyini bildirib.

AzerVoice xəbər verir ki, bu barədə Barrak, ABŞ Dövlət Departamentində keçirilən mətbuat brifinqində jurnalistlərin suallarını cavablandırarkən deyib.

“İsrailin Suriyaya müdaxiləsi ölkədə sabitliyin təmin olunması prosesini çətinləşdirir” – deyə, o bildirib.

“Mənə görə İsrail aqressiv bir dövlət deyil, lakin onun Suriyaya müdaxilə etməsi sabitliyin təmin olunmasına kömək etmir. Suriya məsələsində ortaq bir anlayışa sahib olmadığımız üçün bu prosesdə inkişaf yoxdur” - deyə, o əlavə edib.

Barrak vurğulayıb ki, ABŞ Suriyada sabitliyin təmin olunmasını istəyir və bu məqsədlə həm yerli idarəetmə, həm də başda Türkiyə olmaqla qonşu ölkələrlə sıx əməkdaşlıq edir.

O həmçinin qeyd edib ki, Suriya İsraillə müharibə istəmir və İsrailin diqqəti Suriyaya yönəlməyib.

“İsrail hazırda sərhədlərinə qarşı çox həssasdır. Suriya İsraillə müharibə istəmir. Mənim şəxsi fikrimə görə İsrailin diqqəti Suriyaya yönəlməyib, onlar Colan Təpələrini İran sərhədinədək genişləndirmək istədiklərini söyləyirlər. Onlar, özləri ilə İran arasında etibarlı tərəfdaşlardan ibarət ‘təmiz bir bölgə’ istəyirlər. İranı müşahidə edə biləcəkləri bir sahə istəyirlər və 'bu bölgədən İrana qədər heç kim bizə qarışmayacaq' deyirlər” - deyə, o vurğulayıb.

Barrak, Suriyada təhlükəsizliyin təmin olunması mövzusunda Türkiyənin verdiyi töhfəyə xüsusi vurğu edib.

“Türkiyə inanılmaz dərəcədə əməkdaşlıq edir. Lakin proses yavaş gedir. Təxminən 10 milyon suriyalı öz vətəninə qayıtmaq istəyir” - deyə, Barrak bildirib.

Barrak həmçinin bildirib ki, Türkiyə ilə Suriyada SDQ adından istifadə edən PKK terror təşkilatı arasında bir növ tampon bölgə formalaşıb. Eyni zamanda, Druzların yaşadığı bölgədə də bu cür bir tampon sahənin yarandığını qeyd edib.

Xatırladaq ki, 13 iyul tarixində Suriyanın Suveyda vilayətində ərəb qəbilələrinin döyüşçüləri ilə druz dəstələri arasında qarşıdurmalar baş verib. İyulun 15-də Suriya ordusu vilayətin inzibati mərkəzinə daxil olaraq, bölgədə sabitliyi təmin etmək üçün əməliyyatlara başlayıb. Ardınca İsrail, druz əhalisini qorumaq məqsədi ilə Suriyanın hərbi kolonlarını hədəfə almağa başladığını bəyan edərək hava hücumları həyata keçirməyə başlayıb.

16 iyul tarixində İsrail Hərbi Hava Qüvvələri Dəməşq və onun ətrafındakı bir sıra strateji obyektlərə, o cümlədən Suriya ordusunun Baş Qərargah kompleksinə, Əbu-Rummana rayonundakı Prezident Sarayına və paytaxtın qərbində yerləşən Mezze hərbi hava bazasına hava zərbələri endirib. Bu zərbələr nəticəsində Suriya təhlükəsizlik qüvvələrinin beş əməkdaşı həlak olub.

Məlumat üçün bildirək ki, druzlar – Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilli və dini baxımdan özünəməxsus etnokonfessional qrupdur. Suriyada təxminən 700 min druz yaşayır ki, bu da kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıqdır.

Məqalədə: #Türkiyə #İsrail #PKK #ABŞ #Suriya #ABŞ Dövlət Departamenti #Yaxın Şərq #Suriyada sabitliyin pozulmasına yönəlmiş planlar #SDQ #Suriyada sabitlik və əməliyyatlar #Tomas Barak #SDQ (Suriya Demokratik Qüvvələri) #Tom Barrak

Mövzu üzrə digər xəbərlər

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

19:56
İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb
İran

İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb

19:54
ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb
Bəhreyn

ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb

19:49
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
Digər Dövlətlər

ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb

18:25

Son Xəbərlər

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
19:56
İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb
İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb
19:54
ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb
ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb
19:49
Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
19:32
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
18:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.